Yəqin ki o AT ƏTİNDƏN biz də yemişik... - Ekspert danışır...
"Azərbaycan Qazaxıstandan at əti idxal edir. Təkcə bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 14,53 ton at əti gətirilib". Sosial şəbəkələrdə yerli xəbər portallarından birinin gətirdiyi statistikaya istinadla belə bir məlumat paylaşılmış olsa da, Qida Təhlükəsizliyi Agentliyi həmin məlumatı təkzib edərək, bildirib ki, Qazaxıstandan Azərbaycana at əti idxal olunmur. Əksinə, Azərbaycandan Qazaxıstana at əti ixrac edilir.
Məlumat üçün qeyd edək ki, paylaşılan statistikanın davamı belə idi: "...At ticarəti ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, ötən illərdən fərqli olaraq Azərbaycan diri at ixrac etdiyi Qazaxıstandan at əti idxal edib. Bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 14,53 ton at əti gətirilib. İdxal edilən at ətinin 1 kiloqramının orta gömrük dəyəri 1,7 dollar (2,9 manat) olub".
Yayılan məlumat və agentliyin bu məlumatı təkzib edərək, "əksinə, biz ixrac edirik" deməsi, sosial şəbəkələrdə ciddi reaksiya ilə qarşılanıb. Açıqlamadan belə anlaşılır ki, Azərbaycanda at əti istehsalı var və ixrac potensialına da sahibdir.
Bir-birini təkzib edən statistika məlumatlarının kökündə nə dayanır?
Süfrəmizə at ətinin gəlmədiyinə əmin ola bilərikmi?
İstənilən ət məhsulunun satışı və ixracı ilə bağlı məhdudlaşdırıcı qanun varmı?
"Azad İstehlakçılar" İctimai Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
"Ümumiyyətlə, Statistikanın rəhbərliyinin yerinə olsaydım, dünyadan köç edərdim. Ölkədə statistika o qədər biabır vəziyyətdədir ki, bir-birini təkzib edən belə məsələlər var. Təkcə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) statistikasına biz fikir verək. Bu qurumun saytında Azərbaycanda zəhərlənmələrin miqdarı ümumdünya göstəricisindən yeddi yüz dəfə az göstərilir. Ölənlərin sayı yetmiş dəfə azaldılır. Bəs Statistika İdarəsi hara baxır? Bir-birini təkzib edən belə rəqəmlər, faktlar çoxdur. Azərbaycanın hökumətinin ayrı-ayrı qurumları bu rəqəmlərlə düzgün işləmirlər və bir-birlərini təkzib edən məsələlər var.
Əlbəttə, Azərbaycana at ətinin idxal olunmasında təəccüblü bir şey yoxdur. Satışda olub-olmaması istisna olunmur, lakin heyvanxana və digər məqsədlər üçün gətirilə bilər. Onu da qeyd edək ki, ölkəmizdə heç bir ətin satışına qadağa yoxdur. İt əti, pişik əti... ümumiyyətlə, dövlətin elə bir qanunu yoxdur ki, hansısa ətin satışına qadağa qoyulmuş olsun. Bu istiqamətdə ya Nazirlər Kabinetinin, ya da AQTA-nın bir qərarı olmalıdır. Ənənəvi olmayan ət məhsullarının satışı mütləq qaydada qadağan olunmalıdır. Ancaq belə bir qadağa yoxdur. Ona görə də istisna olunmur ki, ən prestijli yerdə qarışıq ət satıla bilər, o cümlədən, at əti və başqa ətlərlə qarışdırıla bilər. Təsadüfi deyil ki, Azərbaycanda ət istehlakçıları ət almaq üçün marketlərə yox, küçələrə, qəssablara müraciət edirlər, deyirlər, "gözümüz görəni alaq". Çünki AQTA insanların rəğbətini, inamını qazana bilməyib. Bu agentlik neçə ildir yaradılmasına rəğmən, hələ də heyvanların identifikasiyasını həyata keçirməyib ki, onlar izlənilsin, izlənilmə sistemi olsun. Beləliklə, marketlərdəki ətlər bükülü vəziyyətdə olsun, üzərlərində kəsilmə və son istifadə müddəti, hansı firmadan gəlib və sair kimi məlumatlar qeyd olunmalıdır. Ancaq bunlar hamısı yox dərəcəsindədir. Ona görə də insanlar küçə kəsimlərinə üstünlük verirlər.
İstisna etmirəm ki, at əti hər birimizin süfrəsinə gəlib çıxmamış olsun. Bu, qətiyyən istisna olunmur. Əlbəttə, bununla yanaşı, Azərbaycan bu ətləri xaricə də ixrac edə bilər. Hansı ki, bu işlə məşğul olan bəzi adamlar at-eşşək ətini çox vaxt heç xaricə göndərmirlər. Belə cinayətləri də aşkarlayan çox zaman DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsidir. Bu qurum qanunamüvafiq addımlar atır, cərimə edib, buraxmır, cinayət işi qaldırıb, həbslər həyata keçirir. Onlar bu məsələyə digər dövlət qurumlarından çox fərqli yanaşırlar və bu cinayət əməlinin kökünü kəsmək istəyirlər. Statistikanın belə bərbad olduğu bir şəraitdə mən bu məsələlərə şübhə ilə yanaşıram. Hər şey ola bilər" - deyə, qida üzrə mütəxəssis qeyd edib.
Tarix: 2-04-2024, 10:20
-
Bu gün, 12:23
Gəncə -Daşkəsən Regional Təhsil İdarəsi BİAYBIRÇILIĞA NİYƏ SUSUR???
-
Bu gün, 09:45
“Naxçıvan Əli aşından da olub, Vəli aşından da”
-
Bu gün, 09:42
Macarıstan Aİ-nin Ermənistanı silahlandırmasına imkan vermədi - mövqe
-
Bu gün, 08:16
Gürcüstan prezidenti gənclərə müraciət ETDİ
-
Bu gün, 08:14
Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO
-
Bu gün, 07:57
Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi
-
Bu gün, 07:51
Moskvada panika: Kiyevə yardım Rusiyanın işğal planlarında nələri dəyişdi?
-
Bu gün, 07:48
Ukraynadan çağırış: "Azərbaycan İsveçrəyə gəlsin və..."
-
Bu gün, 07:40
“Ən varlı rusların sərvəti bu ilin əvvəlindən 15,5 milyarddan çox artıb” – “Bloomberg”
-
Bu gün, 07:37
Aldığınız Qidaların Üzərində Bu İşarə Varsa DİQQƏT! Xərçəng Yaradır
-
Bu gün, 07:35
Neptun Marketə dəhşətli mənzərə - zəhərli sosiskalar satılır - VİDEO
-
Bu gün, 07:23
“Hökumət çarəsizliyimizi görüb bizi ölümə məhkum eləməsin”
-
Bu gün, 07:20
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirdi – Azərbaycanlılar da var
-
Bu gün, 07:19
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ?
-
Dünən, 23:10
Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq
-
Dünən, 23:08
Bu şirkətin kapitalı öz ölkəsinin iqtisadiyyatından böyükdür - Vətəndaşlar narahatdır
-
Dünən, 23:05
“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi
-
Dünən, 22:48
Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO
-
Dünən, 22:46
“Met-Ak” ölkədən külli miqdarda pul çıxarıb?
-
Dünən, 22:45
Ağcəbədidə fermer sahəsinə su verilmədiyi üçün idarə rəisini söydü - Həbs olundu
-
Dünən, 22:40
"A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında
-
Dünən, 22:37
“Azərlotereya” öz gəlirlərini fikirləşir — Deputatdan SƏRT AÇIQLAMA
-
Dünən, 21:54
Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR???
-
Dünən, 21:51
Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İDDİA
-
Dünən, 21:47
Zakir Fərəcovla onun cinayətkar çetesinin DƏHŞƏTLİ əməlləri – Prezidentə İNANILMAZ dosye verildi...
-
Dünən, 14:24
Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?
-
Dünən, 14:10
“Araz” marketdən mal alarkən istehsal tarixinə baxın – Şikayətçi
-
Dünən, 13:39
Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda şübhəli bilinən şəxs həbs edilib
-
Dünən, 13:34
Tiflisdə gərginlik: polis etirazçılara qarşı səs qumbarası və qazdan istifadə edib
-
Dünən, 13:32
Dəyərlər, ailə, inanc məhv edilir - Dugin
{sape_links}{sape_article}