"Bəlkə erməni dilində danışıram?!" - "Kapital Bank" da adamları yorur...


İllərlə müştərisi olduğu "Kapital Bank"dan şikayətçi düşən Günay Tapdıqova bildirir ki, artıq bu bankın "sistem xətalarındn cana doyub. Dia-az.info narazı vətəndaşın gileyini təqdim edir:

"3 ildir ki taksit kartım var və 2 dəfə kartı bağlamaq istəmişəm, deyiblər, mütləq banka yaxınlaşmalıyam.

Nə isə... Həmin o kart 3 ildir mənimlədir və pul qoyuram, sonra xərcləyirəm. Bu 3 il ərzində 1-ci dəfə idi ki "Kapital Bank"dan mənə zəng gəldi. Oğlan elə bil əsgərlik yoldaşı ilə danışırdı... Kartda pul ola-ola deyir ki, xanım, gecikməniz var... ödəyin bu gün..

Deyirəm, 3 ildir mən bu kartı istifadə edirəm, həmişə də içində pul olub. Ordan faiz tutulub deyir, ödəməyəcəksiz yəni? Arada fikirləşdim ki, bəlkə erməni dilində danışıram?! Nə isə... dedi ki, yaxşı sistemdən baxarıq..."
Tarix: 4-04-2024, 23:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}