Jurnalist “Veysəloğlu” şirkəti ilə bağlı Prezidentə və hüquq mühafizə orqanlarına MÜRACİƏT ETDİ

Jurnalist prezidentə və hüquq mühafizə orqanlarına MÜRACİƏT ETDİ

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə
Sürəti: Baş Prokuror Kamran Əliyevə
Sürəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə
Sürəti: Daxili İşlər naziri Vilayət Eyvazova
Sürəti: Milli Məclisin sədri xanım Sahibə Qafarovaya
MÜRACİƏT
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Yazaraq Sizə bildirirəm ki, mən, ehtiyatda olan zabit, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Aqil Alışov “Səngər TV” youtube kanalının rəhbəri və aparıcısı olaraq, hər zaman şəhid ailələrinin, müharibə əlillərinin və hərbçi ailələrinin hüquqlarının müdafiəsi istiqamətində zaman-zaman yazılar yazmış, araşdırmalar aparmışam və çəkilişlərlə çıxış etmişəm. Hər zaman ölkə prezidentinin apardığı siyasi kursu dəstəkləmiş, orduda aparılan islahatlarla bağlı geniş açıqlamalar verib, araşdırmalar aparmışam. Bütün verlişlərimi dövlət siyasətinin üzərində qurmuş, bu gün də davam etdirirəm. Şəhid qardaşı və 2-ci qrup müharibə əlili, ehtiyatda olan mayor Mansur Məmmədovun pozulmuş hüquqlarını onun müraciəti əsasında rəhbərlik elədiyim “Səngər TV” youtube kanalında işıqlandırdığıma görə, “Veysəloğlu” şirkətinin rəhbəri Aydın Talıbov və özünü onun yaxın adamı kimi təqdim edən Elvin Həsənov tərəfindən təhdid olunuram. Belə ki, Elvin Həsənov ((050) 883 71 78 tel nömrəsi ilə) mənə zəng edərək tələb edir ki, Prezident İlham Əliyev cənablarına ünvanlanan şikayət xarakterli yuxarıda qeyd etdiyim şikayətçi Şəhid qardaşının video-müraciəti tamamilə kanaldan silinsin. Əks halda, O, mənim rəhbəri və aparıcısı olduğum “Səngər TV” kanalına qarşı müxtəlif üsullarla, hakerlərin total hücumu vasitəsi ilə şikayətlər edəcəyini bildirərək kanalı bağladacağı ilə təhdid etdi. Sizdən xahiş edirəm ki, mənə və mənim jurnalist fəaliyyətimə qarşı olan təhdidlərin qarşısının alınması istiqamətində köməklk göstərəsiniz. Həmçinin, aidiyyəti dövlət orqanları tərəfindən qeyd olunan məsələlərin araşdırılması məqsədilə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
HÖRMƏTLƏ: Aqil Alışov
Tarix: 6-04-2024, 23:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}