Məmurlar övladlarını bu məktəbə yollayarmı? - NARAZILIQ


Masallının Ərkivan kəndində yerləşən 1 və 4 saylı orta məktəbin binası qəzalı vəziyyətdədir.

Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, Ərkivan kəndi ölkənin ən böyük kəndlərindən biridir. 1 nömrəli məktəb 1979-cu ildə tikilib.

“Həm 1, həm də 4 nömrəli məktəb təhsil ocağından daha çox, müharibədən sonrakı xarabalığa bənzəyir. Döşəmə və tavan çöküb, yağış yağan kimi otağa su damır”,- sakinlərdən Namiq Sadıqov bildirib.

Sakinlərin sözlərinə görə, qəzalı məktəblərdə tədris davam edir. Hətta məktəbin tavanından daşlar qoparaq yerə düşür:

“Kənddə bir neçə məktəb fəaliyyət göstərir. Digər bir məktəbin də təmirə ehtiyacı var, amma 1 və 4 nömrədə vəziyyət dəhşətli hal alıb. Vəziyyət burasındadır ki, hər iki məktəbdə təhsilin səviyyəsi yüksəkdir. Üstəlik, valideynlər yaxın məktəbi qoyub, kilometrlərcə uzaq məktəbə uşaq aparmaq istəmirlər”.

Valideynlər bildiriblər ki, heç bir vəzifəli şəxs öz övladının həmin məktəblərin yaxınından keçməsini belə rəva bilməz. Çünki uşaqların həyatı təhlükədədir. Binalar hər an başlarına uça bilər. Məktəbin qapı-pəncərələri də qırılıb, qışda odunla qızdırmaq mümkün olmur.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildiriblər ki, məktəblərə baxış keçirilib. 1 saylı məktəbdə yay tətilində təmir işləri nəzərdə tutulub, digər məktəb də plana salınıb.

Məmurlar övladlarını bu məktəbə yollayarmı?
Məmurlar övladlarını bu məktəbə yollayarmı?
Məmurlar övladlarını bu məktəbə yollayarmı?


Tarix: 30-04-2024, 10:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}