Hafiz Babalı hər hansı istintaq hərəkəti aparılmadığını bildirib




Ombudsman Aparatının nümayəndələri jurnalistlə görüşüb
Həbsdə olan araşdırmaçı jurnalist Hafiz Babalı Ombudsmanın nümayəndələri ilə görüşüb.
Görüş mayın 2-də baş tutub. Hafiz Babalının yaxınlarının məlumatına görə, o, görüşdə həbsinin siyasi sifariş olduğunu, jurnalist fəaliyyətini uzun müddət əngəlləmək məqsədi daşıdığını bildirib.
Həmçinin əlavə edib ki, saxlanıldığı dekabrın 13-dən bəri barəsində hər hansı istintaq hərəkəti aparılmayıb.
Jurnalist vurğulayıb ki, Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin şərhinə dair Konstitusiya Məhkəməsinin qərarının mahiyyətinə görə, ittihamın ziddinə olaraq o, əlbir olan bir qrupun üzvü sayıla bilməz.
Hafiz Babalı həmçinin səhhətindəki ciddi problemlərə operativ tibbi müdaxilənin zəruri olduğunu bildirib. Bunun müvafiq instansiyaların nəzərinə çatdırılmasını istəyib.
Ombudsman Aparatının nümayəndələri Hafiz Babalının dediklərini dinləyib, bu məsələləri araşdıracaqlarını vəd ediblər.
Jurnalist Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə o, üç ay müddətinə ilkin həbs cəzasına məhkum edilib.
Hafiz Babalı “AbzasMedia” işi üzrə cəlb edilib. Hüquq müdafiəçiləri Hafiz Babalını siyasi məhbus kimi tanıyıblar.
Tarix: 4-05-2024, 13:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}