Türk sərnişini Norveç təyyarəsinə buraxmadılar: “Çünki sən türksən”

Türk sərnişini Norveç təyyarəsinə buraxmadılar: “Çünki sən türksən” Norveçə məxsus aviaşirkət ABŞ-da türk vətəndaşına qarşı irqi ayrıseçkilikdə ittiham olunur.

Belə ki, Meksikada yaşayan və Yeni ili İstanbuldakı ailəsi ilə birgə keçirmək üçün Türkiyəyə səyahət etmək istəyən Aydemir Taşova, əvvəlcə Mayamiyə, daha sonra Stokholma və oradan Atatürk Hava limanına uçmağı qərara alıb. Lakin ABŞ-dan İsveçə getmək üçün bilet alarkən, Norveçə məxsus aviaşirkətin əməkdaşları "siz türksünüz" deyərək satışdan imtina ediblər.

Bununla bağlı şəxsi "Facebook" səhifəsində məlumat yayan Aydemir adlı şəxs belə yazıb:

Türk sərnişini Norveç təyyarəsinə buraxmadılar: “Çünki sən türksən”

"Meksikada buranın yerlisi olan həyat yoldaşımla birgə yaşayıram. Həm Yeni ili, həm də evlilik ildönümümüzü qeyd etmək üçün Türkiyəyə bilet aldıq. Səyahətimiz Mexiko-Mayami, Mayami-Stokholm və Stokholm-İstanbul olaraq tənzimləndi. 27 dekabr tarixində ABŞ-a çatdıq və bir sonrakı uçuşumuz üçün Norveç şirkətinə müraciət etdik.

Orada pasportuma baxan Afrika əsilli amerikalı bəy bizi digər sərnişinlərdən ayıraraq vizamın və pasportumun saxta olduğunu iddia etdi. Təəccüblə "əgər belə bir şey varsa, lütfən polis çağırın" dedim. Bu dəfə də Şengen vizamın olmadığını bildirdi. Çantamdan vizaya ehtiyac olmadığı ilə bağlı səfirliyə məxsus sənədləri göstərdim. İrqçi afrikalının son bəhanəsi isə belə oldu: "Səni təyyarəyə qəbul etmək istəmirik, çünki sən türksən, bu təyyarəyə minə bilməzsən". Uçuşa az vaxt qalmışdı, artıq baqajlarımız da yüklənmişdi və ailələrimiz bizi İstanbulda gözləyirdi. Məcburən, həyat yoldaşımı qızımla birlikdə göndərdim və daha sonra özüm "Türk Hava Yolları"na məxsus təyyarə ilə 28 dekabr gecəsi Stokholma çatdım. Bu müddət ərzində mənimlə maraqlandıqları üçün Mayamidəki Türkiyə səfirliyinin əməkdaşlarına da minnətdarlığımı bildirirəm. Bu, yalnız mənə yox, bütün türk millətinə qarşı faşizmdir. Bununla bağlı tətildən sonra lazımi tədbirləri görəcəyik. Bir daha yanımızda olduqları üçün Mayamidəki dostlarımıza təşəkkür edirik.

Hörmətlə, Aydemir və Armida".

Aydemir Taşova daha sonra əlavə edir ki, Atatürk hava limanına çatandan sonra ailəsinin uçuşu ilə bağlı məlumat almaq istəsə də, heç bir əməkdaş ona kömək etməyib. O, "xəbər vermək sizin vəzifənizdir. Əgər yerinə yetirməsəniz, buradan gedən deyiləm" deyə inadcıl davrandıqda isə, türk polisləri fiziki təzyiq göstəriblər. Daha sonra problem hava limanının yüksək vəzifəli təhlükəsizlik əməkdaşları tərəfindən həll edilib.

Rüstəm İsmayıl

Virtualaz.org
Tarix: 4-01-2017, 15:48
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}