Qırğızıstan prezidenti də FETÖ-dan pul alır – ŞOK iddia

Qırğızıstan prezidenti də FETÖ-dan pul alır – ŞOK iddia Qırğızıstan Prezidenti Almazbek Atambayevin FETÖ şəbəkəsindən maliyyə aldığını düşünürəm. Bu sözləri keçmiş FETÖ-çu Həyati Küçük deyib.

Bir vaxtlar şəbəkənin ən yüksək postlarında yer alan və Gürcüstanda xidmət keçmiş Küçük bildirib ki, FETÖ həmçinin ABŞ-da Hillari Klintona da müxtəlif formalarda dəstək verir:


“Şəbəkə hər ölkənin maliyyə imkanları ilə bağlı yetərli məlumata sahibdir. Gürcüstanda maliyyə mənbələri zəif olduğundan xaricdən də dəstək alırdıq. Gürcüstandakı fəaliyyətimizi illər boyu Dənizlidən gələn dəstəklə davam etdirə bildik. FETÖ-çular yaşadıqları ölkələrdə siyasətçilərə, ədliyyə və məhkəmə orqanlarına pul göndərir. Konstitusiya Məhkəməsindən tutmuş təhsil nazirinə qədər gedib çıxır. Hətta Atambayevin belə bu şəbəkədən pul aldığını düşünürəm”.(axar.az)
Tarix: 13-01-2017, 07:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}