"Putinin əlində nüvə bombasından daha güclü silah var"

"Putinin əlində nüvə bombasından daha güclü silah var" "British Daily Star" qəzeti yazır ki, sözügedən silah istənilən ordunu neytrallaşdırmağa qadirdir
Qərb ölkələri ilə münasibətləri gərginləşən Rusiya hərbi xərclərini ikiqat artırıb. Britaniya mətbuatının xəbərinə görə, Rusiya dünyada misli görülməyən yeni növ silah istehsal edib. Radio-elektron adlanan bu silah nüvə bombasından daha güclüdür.

"British Daily Star" qəzeti yazır ki, sözügedən silah istənilən ordunu neytrallaşdırmağa qadirdir. Üstəlik 7 kilometrlik məsafədə düşmən qüvvələrinin elektron qurğularını təsirsiz hala sala bilir.

Radio-elektronun ən güclü xüsusiyyətlərindən biri də odur ki, tankların nəzarət sistemlərini sıradan çıxarma gücünə malikdir.
Sputnik.

Tarix: 4-10-2017, 07:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}