Yadplanetlilər Yerə gəlir? — Alimdən sensasion açıqlama

Yadplanetlilər Yerə gəlir? — Alimdən sensasion açıqlama ABŞ səmasında yarımşəffaf obyekt müşahidə edilib.həvəskar kamera ilə lentə alınmış video çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub. Kadrlarda görünüyü kimi, günəş şüaları səmanın bir hissəsini işıqlandırır. Digər hissəsi isə elə bil kölgədə qalıb. Bununla yanaşı tünd sahə dəqiq şəkildə qaraldılıb.
Sosial şəbəkə istifadəçilərinin fikrinə görə, bu, yadplanetlilərin gəmisidir. Bu gəmini ancaq müəyyən atmosfer şəraitində müşahidə etmək mümkündür. Eyni zamanda isə bir qisim sosial şəbəkə istifadəçisinin fikrinə görə söhbət optik illuziyadan gedir. Bununla yanaşı, ufoloqlar bildirirlər ki, son dövrlər səmada peyda olan naməlum obyektlərin sayı artıb.
Azərbaycanlı alimlər isə atmosferdə görünən görüntülərin araşdırılmasının vacibliyini düşünürlər. Şamaxı Astrofizika Rəsədxananın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib ki, hazırda ABŞ və yaxın regionda çoxlu hərbi sınaqlar keçirilir. Onun sözlərinə görə, bunun nəticəsində də, atmosferdə müxtəlif dəyişmələr yaranır.
“Bu səbəbdən demək olmur ki, görünənlər atmosferdə yaranan hansısa fiziki hadisədir, yaxud da, hansısa hərbi sınaqlar və onun törətdiyi nəticələrdir. Bunun üçün gedən prosesləri izləmək lazımdır. Atmosferdə görünən görüntünü araşdırmaq gərəkir”, – deyə alim bildirib.
X. Mikayılov deyir ki, hələlik elmdə yadplanetlilərin olması barədə dəqiq məlumatlar yoxdur. Onun fikrincə, bu o demək deyil ki, yadplanetli yoxdur: “Bizim qalaktikada 200 milyarddan artıq ulduz var. Onlarda günəş sistemli ulduzlar daha çoxdur. Hansı ki, bu günki dövrə kimi 3 mindən artıq ulduzun ətrafında planet sistemi tapılıbdır. Lakin orada həyatın olub-olmadığını demək çox çətindir. Hazırda ekzoplanetlər sahəsində canlıların yaşamasına şəraitin olub olmaması araşdırılır. Yəni demək olmaz ki, orada başqa həyat yoxdur. Ola bilsin ki, onların hansınınsa ətrafında yer tipli də planetlər var. Lakin bu günki dövrdə onları aşkar etmək mümkün deyil. Ola bilsin ki, orada da yaşayış var. Lakin bu gün ulduzlara qədər məsafə çox böyükdür. Müasir texnologiya və müasir elmin səviyyəsi izah edə bilmir ki, həmin ulduzlardan bizim Yerə yadplanetlilər necə gəlirlər. Onlar hansı sürətlə gəlirlər. İşıq sürətilə hərəkət etsələr, bu min, yüz il çəkər. Bu məsafəni necə qət edirlər. Elmin səviyyəsi onu izah edə bilmir. Bəlkə də mümkündür. Necə ki, yüz il bundan əvvəl nağıllarda “uçan xalça” və yaxud “aya səyahət” kimi əhvalatlar vardı. O vaxtlar bunu cəfəngiyyat adlandırırdılar. Lakin müasir dövrdə bu mümkündür. Yəni Aya da səyahət var. İndi bizim üçün qeyri-adi görünən yadplanetli 100 ildən sonra adi hadisəyə çevrilə bilər. Ona görə də, biz indi məcbur olub inkar edirik”. (olke.az)
Tarix: 4-10-2017, 07:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}