Yaxın Şərqin yeni sahibi:QOBULUNDA UZUN NÖVBƏ OLAN BƏSTƏBOY, SÜRƏTLİ VƏ TEXNİKALI "BOKSÇU" - Təhlil

Yaxın Şərqin yeni sahibi:QOBULUNDA UZUN NÖVBƏ OLAN BƏSTƏBOY, SÜRƏTLİ VƏ TEXNİKALI "BOKSÇU" - Təhlil Henri Meyer və Donna Əbu-Nasir

“Bloomberg” (ABŞ)



İsraillilər və türklər, misirlilər və iordaniyalılar – onların hamısı öz maraqlarını təmin edə və problemlərini həll edə biləcəklərinə ümidlə, Kremlə – Yaxın Şərqin yeni sahibi Vladimir Putinin yanına yollanırlar.

Moskvaya gedən neftlə zəngin səltənətin ilk hökmdarı – Səudiyyə kral Salman sonuncu qonaqdır. Körfəz ərəb dövlətlərinin əksəriyyəti tərəfindən ölümcül düşmən kimi görülən, Rusiyanın müttəfiqi İran da onun gündəmində olacaq.

Yaxın vaxtlara qədər Vaşinqton belə liderlərin getdiyi yeganə məkan idi. Hazırda bölgədəki Amerika mövcudluğu geri çəkilməkdədir. Rusiyanın Suriyaya hərbi müdaxiləsinin müvəffəqiyyətinə şahidlik edən, keçmiş illərdə Bəşər Əsədin hakimiyyətdən getməsi əzmində olan ABŞ-ın israrından əsər-əlamət qalmayıb.


"Bu, gerçəyi, bölgədəki hakimiyyət balansını dəyişdirdi, – bunu deyən oğul-Corc Buş və Barak Obamaya məsləhət vermiş Amerikanın baş sülh danışıqçısı Dennis Rossdur. – Putin Rusiyanı Yaxın Şərqdə bir faktor halına gətirməyə müvəffəq oldu. Buna görə də, Yaxın Şərq ziyarətçilərinin Moskvaya daimi axınını görürsən".

Uğur həm də problemlər gətirir. Mübahisəli tələblər yığılanda, qonaqların hamısını məmnun etmək asan deyil. "Hər tərəflə məşğul olmaq mövqeyini daha çox qəbul etməyə çalışarsanız, onda da oyunun daha çətin olduğunu görürsünüz", – Ross deyib.

“Soyuq müharibə” dövründə Moskva Yaxın Şərqdə böyük bir güc idi, İsrailə qarşı ərəb ölkələrini silahlandırırdı. Onun təsiri kommunizmlə birlikdə dağıldı. ABŞ, Səddam Hüseyni devirmək üçün İraqı işğal edəndə, Rusiya etirazdan başqa heç nə edə bilmədi.

Gerçəklər 2013-cü ildə, ABŞa Əsədə həmlə etmək qərarına gəldiyi zaman dəyişməyə başlayıb. İki il sonra Putin onu müdafiə etmək üçün Suriyaya qoşun və təyyarələri göndərib.



Nəticə əldə etmək



Amerikanın əksər yerli müttəfiqləri anti-Əsəd düşərgəsində möhkəmlənb. ABŞ hərbi qüvvələri onu zorla devirməyə girişmədikdə, xəyanətə uğrayıblar.

Səudiyyə Ərəbistanın Ciddə şəhərindəki Əl-Feysəl Universitetinin professoru Xalid Batarfi bildirib ki, Rusiyanın regiondakı mövcudluğu böyüyüb. "Buna Obama imkan verdi. Təəssüf ki, o, Yaxın Şərqdən böyük dərəcədə geri çəkildi".

Bu fikir geniş yayılıb. Ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu açıq şəkildə etiraf edib. O da ABŞ-ı Əsədə qarşı fəal olmağa çağırırdı. “ABŞ-la danışıqlardan nəticə hasil olmadı”, – o deyib.

Türkiyə münaqişənin kökünü kəsmək planı ilə, Rusiya və İrana qatılıb. "Bu nəticədir", – Ərdoğan deyib. İki il bundan əvvəl, Türkiyə hərbçiləri Suriya sərhədində Rusiya təyyarəsini vurduqdan sonra Putinlə Ərdoğan arasındakı gərginlik gerçək təhlükə yaradıb. Ötən cümə günü Rusiya prezidenti Ankaraya uçub, türk vəzifədaşı – "dost"u ilə nahar edib və Rusiyanın “S-400” hava müdafiə raket sistemlərini ona satıb.



“Əsl kral odur”



Eyni zamanda, Əsədlə qarşıdurmada olan üsyançıları maliyyələşdirən səudilər Rusiya ilə əməkdaşlıq edirlər, Suriya liderinin hakimiyyətini möhkəmləndirəcək sülh danışıqları üçün müxalifəti birləşməyə çağırırlar.

Amerikanın Yaxın Şərq müttəfiqləri əsasən ABŞ prezidentinin dəyişməsini və Donald Trampın İrana meydan oxuması ilə bağlı sərt danışıqları məmnuniyyətlə qarşılayıblar. Ancaq bu günə qədər Suriyadakı sələfinin siyasətinə yaxınlaşaraq, o, Əsədlə deyil, İŞİD-lə mübarizə aparır.

Beləliklə, Suriyada rejimi dəyişmək məqsədi dağıdılıb, prioritetlər dəyişib. Səudilər və digər Körfəzi səlahiyyətliləri Rusiyanı “Hizbullah” və digər şiələrlə birgə Tehranın Suriyadakı rolunu azaltmağa çağırırlar.

BƏƏ-dən olan siyasi analitik Əbdülxalid Abdulla deyir: “Rusiyaya gələn – Körfəzi ölkələrini təmsil edən, geosiyasi ağırlığı olan kraldır. Rusiya bunu nəzərə almalıdır''.

Kreml mənbələrinin fikrincə, Səudiyyə arzularını yerinə yetirmək üçün Putin İrana münasibətini dəyişməyəcək.

Son 18 ayda Rusiyaya dörd dəfə səfər edən İsrailin baş naziri Benyamin Netanyahu da rus liderini fikrindən döndərə bilməyib.

Avqust ayında Netanyahu Putinə Suriyadakı artan dayanıqlığın "qəbuledilməz" olduğunu söyləyib. Sentyabr ayında CNN-ə açıqlamasında o deyib ki, “iranlılar bizi məhv etmək və Yaxın Şərq fəth etmək məqsədilə Suriyanı müstəmləkə halına gətirirlər".

Rusiya Suriyada tampon zona tələbini də rədd edib, bu halda İranın hərbi qüvvələri və “Hizbullah” İsrail sərhədindən ən az 60 kilometr (37 mil) uzaqda qalacaqdı. Bunun əvəzinə Rusiya 5 kilometrlik təcrid bölgəsi təklifi irəli sürüb.

Bunu Kremldəki mənbə bildirib.

Rusiya, həmçinin ABŞ-ın Fərat çayı boyu Suriya hökumət qoşunları və Şərqi Suriyadakı ABŞ qüvvələri arasında bölünmə xətti çəkməyə dair tələbini rədd edib. Bu, strateji və neft zəngin sərhəd bölgədə güclü yarış yaradıb.

Lakin Rusiya İrandan Səudiyyə Ərəbistanı, Fələstin radikal islamçı qrupu “Hamas”dan İsrailə qədər açıq kanalları saxlamağa müvəffəq olub. Bunu “Eurasia Group”da Yaxın Şərq və Şimali Afrika üzrə direktor Ayham Kamil bildirib.

"Rusiya bufer zonasında geri çəkilməsə də, İsrailin Suriyada “Hizbullah”a qarşı hava hücumları həyata keçirməsinə icazə verən təmkinli anlayışa sahibdir", – Rusiya Beynəlxalq Əlaqələr Şurasının – Kreml tərəfindən qurulan tədqiqat qrupuna baş direktoru Andrey Kortunov bildirib.

O, Fələstinin “Fəth” və “Hamas” qrupları arasında on ildir yaşanan qırğınları sona çatdırmaq üçün Misirlə birlikdə vasitəçilik edir. Digər ölkələrin bir sıra sülh səyləri nəticəsiz qaldığı halda, Putin liviyalı rəqibləri Moskvaya dəvət edib. Rusiya neftə zəngin İraq Kürdüstanında qabaqcıl investor olub və müstəqilliyə dair son səsverməni qınamayan bir neçə ölkədən biridir.

İqtisadi baxımdan, təsirlər qeyri-bərabərdir: ABŞ-ın ÜDM-i Rusiyanın ÜDM-indən 13 dəfə böyükdür. 1989-1994-cü illərdə Moskvanın Suriyadakı səfiri olmuş Aleksandr Zotovun sözlərinə görə, bu, həmişə həlledici faktor olmur. O deyir: "Bəzən rinqə çıxan iki boksçudan biri əzələlərin şişkinliyi ilə böyükdür, digəri isə bəstəboy, amma sürətlidir və onun daha yaxşı texnikası var".

Vaşinqtondakı Yaxın Şərq İnstitutunun vitse-prezidenti Pol Salemin fikrincə, iqtisadiyyat Rusiyanı məhdudlaşdıran faktorlar olsa da, Putin Amerika prezidentləri üzərində bir sıra üstünlüklərə malikdir. “Heç bir Konqres, heç bir seçkidə uduzma ehtimalı yoxdur”. Salem deyir ki, Putin 20 ildir geosiyasətdə " ardıcıl rəhbərlik, davamlı mesaj"la hərəkət edir. "O, nə etdiyini deyir və dediyini edir".

"Şübhəsiz, Vaşinqton bölgədə əvəzsiz güc olaraq qalır. Ancaq ənənəvi ittifaqlara olan bağlılığı zəifləyir və bu, regional liderləri yenilitə edir. Kreml hər kəsin zehinindədir".



Tərcümə: Strateq.az
Tarix: 6-10-2017, 13:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}