Parlamentdə əlbəyaxa dava düşdü- DEPUTAT SPİKERƏ BUTULKA TULLAYIB - VİDEO

Parlamentdə əlbəyaxa dava düşdü- DEPUTAT SPİKERƏ BUTULKA TULLAYIB - VİDEO Ukrayna parlamentində növbəti dəfə dava düşüb.
Gununsesi.info xəbər verir ki, “Ukrainskaya pravda”nın yazdığına görə, deputat Semyon Semençenko spikerin əyləşdiyi kürsüyə doğru hərəkət edərək spiker Andrey Paruiya doğru butulka və əlinə keçən əşyaları tullayıb.

Deputatın həmkarları Semençenkonun bu cəhdinin qarşısını alaraq onun bu hərkətinə mane olublar. Dava zamanı mikrofon sınıb.
Deputatın dava salmasının səbəbi isə onun ayağı altına “dımavoy şaşki” atılması olub. Sonradan bəlli olub ki, Andrey Levçenko belə bir hərəkət etdiyini etiraf edib. “Azadlıq” millətçi partiyasının deputatı Andrey Levçenko etdiyi hərəkətə bəraət qazandıraraq düzgün hərkət ediyini bildirib: “Hesab edirəm ki, düz etmişəm. İmkanım olsa bu parlamenti yandıraram. Çünki parlament lazım olan məsələlərlə deyil, antikonstitusion hərkətlərlə məşğuldur”.
Tarix: 6-10-2017, 16:58
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}