TRAMPIN QƏLƏBƏ TAPMACASI:Rusiyanın seçkilərə müdaxiləsində daha kimlərin barmağı var? - Təhlil

TRAMPIN QƏLƏBƏ TAPMACASI:Rusiyanın seçkilərə müdaxiləsində daha kimlərin barmağı var? - Təhlil Bob Seska

Salon.com (ABŞ)



Donald Trampın Pensilvaniya, Miçiqan və Viskonsin ştatlarında qazandığı səsləri izlədikdə, bu, sadəcə, xoşumuza gəlmədi və indi də qorxunc xatirələrə səbəb olur. Çünki 1984-cü ildə Ronald Reyqandan sonra heç bir respublikaçı namizədin qələbəsi bu qədər maraq və mübahisə doğurmayıb.

Bu, necə baş verdi?


Seçkilərdən sonra, biz bir sıra fərziyyələr eşitdik. Amma instinktiv olaraq mən də, digərləri də bilirdi ki, seçkilərin nəticələrinə başqa izahlar da var.

Seçkilərə rusların müdaxiləsi mümkündür, hərgah həmin dövrdə bizə dönə-dönə deyilirdi ki, nəticələrə müdaxilə qeyri-mümkündür.

Seçkilərdən təxminən bir il keçsə də, rus casuslarının əslində, nəticələrə təsiredici fəaliyyəti aydınlaşdı. Rusların gerçək səslərin dəyişdirilməsini bacardığına və ya buna cəhd etməsinə dair heç bir sübut yoxdur. Amma biz yetərincə dəqiq bilirik ki, Rusiyanın ABŞ-a rəqəmsal təbliğat hücumu bu üç ştatda, hətta onların noyabrın 8-də seçki məntəqələrinə getməsindən əvvəl seçicilərin fikirlərini dəyişdirə bilərdi.

Yüz minlərlə demokratın, – Hillarinin pis olduğunu düşündükləri üçün, – Trampa səs verməsi mümkün idimi? Əlbəttə, hə. Lakin həmin dövrdə Tramp haqqında bildiklərimiz baxımından o daha cazibədar namizəd idimi?

O vaxt Hillari Klinton barədə mənfi mənzərə mövcud idi, Tramp isə yaxşı natiq kimi tanınırdı.

Son həftələrdə biz həm Tramp seçicilərinin, həm də Klinton seçicilərinin eyni zamanda, “Facebook”-da və “Twitter”-də strateji olaraq paylanan saxta reklam və saxta xəbərlərdən istifadə edərək, Rusiya kəşfiyyatı tərəfindən hədəfə alındığını aşkarladıq.

Əvvəlcə xüsusilə “Facebook” ittihamları qətiyyətlə təkzib edirdi, lakin keçən ay reklamda yüz minlərlə dollar vəsaitin rublla ödənilməsi və milyonlarla “Facebook” istifadəçisinə əli çatan Kremllə əlaqəli rus trolları üzə çıxdı.

“Facebook” “səhvini” artıq etiraf edir və biz örtüyün üstünü cırmaqlaya-cırmaqlaya açırıq.

CNN-də eksklüziv olaraq müxbir Manu Racu, Daylan Bayers və Dana Baş, Rusiya trollarının “Facebook” reklamlarının xüsusilə Miçiqan və Viskonsini hədəfə aldığını göstəriblər.

Rusiya reklamlarından bəziləri əsas demoqrafik qrupların hədəfə alınmasında son dərəcə mürəkkəb idi. Lakin reklam kampaniyasında antimüsəlman mesajları təbliğ etmək daxil olmaqla, bir sıra Trampmeylli mesajlar işlədilmişdi.

Eyni zamanda, senator Ceff Merkli MSNBC-də təsdiqləyib ki, bəzi amerikalılar rusların Miçiqan və Viskonsin kimi ştatları hədəfə almasına kömək edib.

CNN-nin eksklüzivi ilə bərabər, həmçinin “Politico” “Facebook”dakı reklamların, əlbəttə, Trampı dəstəkləndiyini isbatlayıb.

Hər kəs “Facebook”da kimin daha çox vaxt keçdiyini bildiyi tək, çirkin və tez-tez yalan xəbərlərin dünyanı bir neçə dəfə dolaşdığından və bir reklamın milyonlarla istifadəçinin səhifəsində göründüyündən xəbərdardır. Əlavə reklamlar daha böyük kütlələrə çatır və Hillari Klintona qarşı mesajlaşma və onun rəqiblərini dəstəkləmək üçün müstəqil “Facebook” statusu yeniləmələri və ya bloq yazıları rus hücumunun təsirini daha da dərinləşdirib.

Bircə sual qeyri-müəyyən qalır: xüsusi müstəntiq Robert Möller Trampın rəqəmsal rejissoru Brad Parskeyl və Tramp kampaniyasının internet tərəfdaşı Cared Kuşneri istintaqa cəlb edəcəkmi?

Pol Manafort, Maykl Flinn və oğul-Donald Tramp da daxil olmaqla, Tramp komandasının cəlb olunduğu bir çox rus hücum xətləri ola bilərdi. Söhbət sosial mediada açıq cəbhədən gedir. Ruslar reklamın sahibi ola, amma bunu amerikalıların əliylə ötürə bilərdi.

Rusiyanın suverenliyimizə və demokratik qurumlarımıza hücumunda çoxsaylı düşmən döyüşçü kimi çıxış etməyimiz mümkündür. Kritik araşdırma olmadan kor-koranə "səmimilik" və "paylaşma" keyfiyyətimizin rusiyalılar tərəfindən sui-istifadəsi də.

Sosial mediada milyonlarla amerikalı bu günə qədər saxta xəbərlər paylayıcısı və siyasi vasitəçi olaraq xidmət etməyə davam edir.

“Facebook” və “Twitter”də hesabat vermək məcburiyyəti olsa da, pis vərdişlərimizi mütləq araşdırmalıyıq.

İnternetdə paylaşdığımız şeylər haqqında daha çox məlumat sahibi olmağımızdan başqa seçimimiz yoxdur. Əks halda, Trampı seçməkdən daha pis fəlakətlərin baş verməməsi üçün yalvaracağıq. Sosial media istifadəçilərinin içdən böyüməsi vaxtıdır.



Tərcümə: Strateq.az
Tarix: 10-10-2017, 08:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}