«ABŞ ordusu KXDR ilə müharibəyə hazır olsun» - Mettis

«ABŞ ordusu KXDR ilə müharibəyə hazır olsun» - Mettis «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqonun başçısı Geyms Mettis ordunu Şimali Koreya ətrafındakı böhranın hərbi variantla həllinə hazır olmağa çağırıb.

«Əgər qaçılmaz olsa, ordu prezidentimizin istifadə edə biləcəyi hərbi varianta hazır olmalıdır» – deyə, Mettis Amerika Birləşmiş Ştatları (ABŞ) orduları assosiasiyasının görüşündə deyib.

Bundan əvvəl ABŞ lideri Donald Tramp bəyan edib ki, müttəfiq dövlətləri Koreya Xalq Demokratik Respublikası (KXDR) təhlükəsindən qorumaq üçün bütün səyləri göstərəcək. O, həm də diktaturanın «çoxlu sayda insanın məhv edilməsi təhdidi»nə meydan verməmək üçün Şimali Koreyanın denuklearizasiyasının Vaşinqton üçün başlıca məqsəd olduğunu bir daha qeyd edib.
Tarix: 10-10-2017, 15:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}