İraq və Suriyada məğlub olan İŞİD döyüşçüləri hara yox olur? –GİZLƏDİLƏN VƏ ŞİŞİRDİLƏN RƏQƏMLƏR, "BUXARLANAN" CƏSƏDLƏR...

İraq və Suriyada məğlub olan İŞİD döyüşçüləri hara yox olur? –GİZLƏDİLƏN VƏ ŞİŞİRDİLƏN RƏQƏMLƏR, "BUXARLANAN" CƏSƏDLƏR... İŞİD deyilən qurum İraq və Suriyada nəzarət etdiyi ərazilərin, demək olar, hamısını itirib. Deyəsən, silahlı islamçıların çoxu bu zaman, sadəcə, "buxarlanıb"lar.

Son aylar və həftələr İŞİD-in bir-birinin ardınca süqut edən qalaları – Mosul, Telafər, Deyr-əz-Zor haqda məlumatlar alırıq. Hücumlar başlananda bu şəhərlərdə yerləşmiş İŞİD döyüşçülərinin sayı haqda eşitmiş və oxumuşuq. Eşitmişik ki, İraq və Suriyada İŞİD döyüşçülərinin əksəriyyəti döyüşlərdə həlak olub və yaxud edam edilib, kimi təslim olub, kimi əsir düşüb, kimi mülki əhali arasında gizlənib, kimi də vətəninə dönüb. Lakin dəqiq rəqəm, demək olar, yoxdur, haqqında səhvsiz danışılması mümkün olan yeganə məsələ budur ki, əksəriyyəti aradan çıxa bilib – bu, döyüşçülərin ailə üzvlərinə də aiddir. Bəs onlar indi haradadırlar?

Avqustda Mosuldan şərqdə Telafər uğrunda döyüşlər başlanarkən əksəriyyət güman edirdi ki, şəhəri İŞİD terrorçularından almağa həftələr gedəcək. Amma hər şey cəmi bir-iki gün vaxt apardı. Yaxşı məlumatlandırılmış iraqlı qaynaq “Dagbladet”-lə söhbətdə deyib ki, İraq ordusu ilə İŞİD arasında saziş bağlanıb: döyüşçülər əvəzində yerdəyişmə azadlığı əldə etməklə şəhəri tərk etməli idilər. Guya, sayı müəyyən edilməmiş İŞİD silahlıları ailələri ilə birlikdə qərbə, Suriyaya qaçıblar.

Amerikanın Mərkəz Kəşfiyyat İdarəsi 2014-cü ilin sentyabrında ehtimal edirdi ki, İŞİD-in İraq və Suriyada 50 mindən çox döyüşçüsü var. Başqa təşkilatlar sanırdı ki, bu rəqəm iki dəfə artıqdır. Bir kürd lideri hesablayıb ki, silahlılar 200 mindir.

Muzdlulara gəlincə, İraq Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsi avqustda iddia edib ki, təkcə İraqda onların sayı 30 min, o cümlədən 8 mini Avropadan və 6 mini Tunisdən idi. Komitənin təsdiqlədiyinə görə, 28 mini öldürülüb.

Əlbəttə, yuxarıda gətirilən rəqəmlərdən heç birini yoxlamaq olmaz. Xüsusən də itkilərin sayı şişirdilmiş görünür. Axı İraqda döyüş meydanındakı İŞİD yaraqlılarının 28 min cəsədi haradadır?

Amerika silahlı qüvvələri keçən ilin dekabrında İŞİD-in İraq və Suriyada 2015-2016-cı illərdə öldürülmüş 50 min döyüşçüdən danışırdı. Və yenə də bu rəqəmləri yoxlamaq çətindir.

Amerika hökumətinin məlumatına görə, bu ilin aprelinədək Suriyada 25 mindən 30 minə qədər əcnəbi muzdlu öldürülüb, amma eynilə İraqdakı hadisə kimi: onda bütün bu cəsədlər haradadır?

AB-nin terrorizmlə mübarizə məsələləri üzrə əlaqələndiricisi Jil de Kerşov avqustun 9-da bildirib ki, Suriya və İraqda 5 min avropalı silahlı hazırlıq keçib və onların üçdə biri evlərinə qayıdıb. Bu, düzdürsə, onda soruşmaq olar ki, vətənə döndükdən dərhal sonra həbs edilənləri saymasaq, AB ölkələri bunların kim olduqlarını təsəvvür edirmi?

Osne Seyerstadın tənqidçilərin yüksək tərifinə layiq görülmüş kitabının baş qəhrəmanları – Norveç pasportlu iki somalili bacı “radarların ekranlarından yox olanların” sırasındadır. Onlar da əksər çoxluq kimi hərəkət ediblər: İŞİD döyüşçülərinə ərə gedərək, uşaq doğublar. Bacılar İŞİD paytaxtı Raqqada olublar, amma ailələri 2014-cü ildən onların haqqında heç nə eşitməyib.

Rusiyanın əhalisinin əksəriyyəti müsəlman olan Çeçenistan, Dağıstan və İnquşetiya respublikalarında indi bəzi analar bununla məşğuldur ki, bir zamanlar İŞİD yaraqlılarına ərə getmiş qızlarının harada olduğunu aydınlaşdıra bilsinlər.

Ola bilsin, həm onlar, həm də işidçilərin harada olduqları ilə maraqlanan başqaları heç vaxt cavab almayacaqlar…

Tərcümə Strateq.az-ındır.
Tarix: 13-10-2017, 17:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}