İran ABŞ-ı müharibə ilə hədələdi

İran ABŞ-ı müharibə ilə hədələdi  İranın Atom Enerjisi Təşkilatının rəhbəri: "SEPAH ABŞ hökuməti tərəfindən terror təşkilatı siyahısına salınsa, bunu müharibə elanı hesab edəcəyik"
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) ABŞ tərəfindən terror təşkilatı siyahısına salınmasının ölkəsinə qarşı müharibə elanı mənasına gələcəyini deyib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Londonda səfərdə olan Əli Əkbər Salehi jurnalistlərin suallarını cavablandırıb.

Salehi deyib ki, SEPAH ABŞ prezidenti Donald Tramp hökuməti tərəfindən terror təşkilatı siyahısına salınsa, bunu müharibə elanı hesab edəcəyik. Bu, ABŞ-ın İran xalqına qarşı düşmənçilik davranışının bir hissəsi olacaq.

Əli Əkbər Salehi bildirib ki, İran, ABŞ-ın bu məsələdə tutacağı mövqeyinə uyğun qərarlar qəbul edəcək.

Qeyd edək ki, sabah Donald Trampın nüvə müqaviləsi ilə bağlı ABŞ-ın qərarını açıqlaması gözlənilir.


Tarix: 14-10-2017, 08:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}