Rusiyalı aparıcı veriliş zamanı amerikalı eksperti studiyadan qovub - VİDEO

Rusiyalı aparıcı veriliş zamanı amerikalı eksperti studiyadan qovub - VİDEO Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya-1” telekanalında yayımlanan "Vladimir Solovyov ilə axşam" verilişi zamanı amerikalı ekspert Qriqori Vinnikovu studiyadan qovub. Hadisə ekspertin Suriyada həlak olan pilot Roman Filipov barədə təhqiredici ifadələr işlətməsindən sonra baş verib.

“Report” xəbər verir ki, Dövlət Dumasının Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonov ölən pilotun 1 dəqiqəlik sükutla yad edilməsini təklif etdiyi zaman, Vinnikov hərbçi haqqında xoşagəlməz sözlər deyib.

Sonda aparıcı ekspertdən studiyanı tərk etməsini istəyib.

"Rusiyada "ölümə hörmət" deyə bir anlayış var, xüsusilə də qəhrəmanlara", - deyə RİA "Novosti" aparıcının sözlərini sitat gətirir.
Tarix: 10-02-2018, 08:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}