Putin Trampdan niyə çəkinir? - Səbəblər

Putin Trampdan niyə çəkinir? - Səbəblər
Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə çalışır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Apostrof” nəşrinə müsahibəsində Rusiya politoloqu Liliya Şevsova bildirib.

“Rusiya yalnız “Novorossiya” konsepsiyasından (Ukraynanın cənub və şərqinin faktiki zəbtini nəzərdə tutan layihə - “Apostrof”) imtina etməyə məcbur olmadı, həm də başqa Avropa ölkələrinin daxili işlərinə müdaxilə konsepsiyasından imtina etdi. Suriya poliqonunda Rusiyanın “qələbəsi” də həmçinin qələbə kimi görünmür”, - politoloq deyib.

Onun sözlərinə görə, ən azı son iki ildə Kremlin öz siyasətindən çəkilməyə çalışmasının bütün əlamətləri görünür.

Şevsova Moskvanın ən azı iki səbəbə görə ABŞ prezidenti Donald Trampdan ehtiyat etdiyini vurğulayıb:

“Birincisi, Tramp gözlənilməzlikdir. İkincisi, Moskva Trampın “Hər şeydən əvvəl Amerika” xarici siyasət şüarından ehtiyat edir. Bu şüara görə, Amerika hər nə olursa-olsun, beynəlxalq səhnədə at oynada bilər. Rusiya buna necə cavab verəcəyini bilmir. Rusiya həmçinin Amerikanın xarici siyasətinin hərbiləşməsi və qlobal roluna reaksiya verə bilmir. Rusiya hərbi büdcəsi 46 milyard dollardır, Amerikada bu rəqəm 700 milyarddır. Tramp silahlı qüvvələrin yenilənməsi üzrə 54 milyard dollarlıq proqram qəbul edib. Bu, Rusiyanın hərbi büdcəsindən daha çoxdur. Putin ayıq insandır və o anlayır ki, Rusiya hərbi yarışa girə bilməz. Buna görə də indi Kremlin siyasəti Amerikanı qıcıqlandırmamaq və Amerika ilə barışmağa çalışmaqdır. Və deyəsən, bu siyasət Ağ Evdə müəyyən əks-səda tapır”.
Tarix: 10-02-2018, 09:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}