Erməni hakimiyyətinin nümayəndəsi Ukraynada “non-qrata” elan olundu


Ermənistan Milli Məclisinin hakim Respublika partiyasından deputatı Ayk Babuxanyan Ukraynada "non-qrata" elan edilib.

Virtualaz.org bildirir ki, bu barədə Ukraynada "qara siyahı"ya salınanların adlarını dərc edən “Mirotvorets” saytı xəbər yayıb.

Ayk Babuxanyan Ukraynanın dövlət sərhədini şüurlu pozmaqda ittiham edilir. Bundan başqa, erməni siyasətçinin dünya ölkələrinin ərazi bütövlüyü prinsipini tanımadığını təsdiqləyən sitatlar gətirilir.

Yeri gəlmişkən, bu, sirr deyil. Ayk Babuxanyan, həmçinin "DQR"in müstəqilliyinin tanınmasının qızğın tərəfdarı kimi məşhurdur. Təxminən iki il əvvəl onun hətta məşhur Rusiya jurnalisti Dmitri Kiselyovla mübahisəsi də düşmüşdü. Səbəb isə D.Kiselyovun "ehtiyatsızlığa" yol verməsi və A. Babuxanyana "DQR"in tanınması məsələsinin aktual olmadığı barədə yumşaq irad bildirməsi olmuşdu.
Tarix: 10-02-2018, 16:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}