Rusiyada qəzaya düşən təyyarənin "qara qutu"su açıldı — Səbəblərdən biri açıqlanıb


Dövlətlərarası Aviasiya Komitəsi An-148 təyyarəsinin qara qutusunu araşdırdıqdan sonra qəzanın səbəblərindən birini açıqlayıb.
“Ölkə.Az”ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin təhlillər göstərir ki, qəzanın pilotların təyyarənin sürəti ilə bağlı alətlərdən düzgün istifadə etməməsi nəticəsində baş vermə ehtimalı böyükdür.

Məlumata görə, anormal vəziyyət iki dəqiqə yarım, təyyarə 465-470 km/saat sürətlə, 1300 metr yüksəklikdə olarkən baş verib. Bu zaman sol pilotun yanında yerləşən hava parametrlərinin ilk modulunun və üçüncü cihazın sürətlərində fərqlər olub.
Ehtimal olunur ki, sürəti göstərən cihazların işləməməsi təyyarənin təzyiq qəbuledicilərinin buzlaması ilə əlaqədar olub. Bu isə pilotların havaya qalxarkən isitmə sistemini qoşmamasından yaranıb.
Tarix: 14-02-2018, 16:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}