Bu ölkə Saakaşviliyə bir neçə dəqiqə ərzində vəsiqə verdi


Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Hollandiyada şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Axar.az xəbər verir ki, bu barədə Saakaşvili Feysbuk hesabında məlumat yayıb.

"Bu gün Amsterdamda ilk dəfə şəxsiyyətimi təsdiq edən sənəd əldə etdim. Bura gəldikdən dərhal sonra mənə Avropa Birliyi ərazisində yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün bunlar bir neçə dəqiqə çəkdi", - Saakaşvili söyləyib.

Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya ekstradisiya olunub.
Tarix: 14-02-2018, 21:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}