ABŞ diplomatı çantasında Münbiç Ankaraya gedir - Mehmetçik oranı vurmasın


Baş nazirin müavini Bəkir Bozdağ, “Bizi razı salmaq üçün gəlməsinlər” – dedi, ABŞ rəsmiləri isə gəlir…

A24.az xəbər verir ki, bu gün ABŞ Xarici İşlər Naziri Tillerson Ankaraya səfər edəcək.

Tillerson səfər etməzdən əvvəl “Türkiyə ilə bu işin yolunu tapmalıyıq” deyə açıqlama verib. Elm Sənaye və Texnologiya naziri Faruk Özlü bildirib:


“Əlaqələrin pozulmasının nə bizə, nə də Amerikaya faydası var. Məncə Amerikada fərqli mərkəzlər var. Pentaqon bir viziona sahibdir. CIA bir viziona, Xarici İşlər Nazirliyi də bir viziona malikdir. 4-5 Amerika var”

Hansı Amerikadır? Ağ Ev, Dövlət Departamenti, CIA, Pentaqon yoxsa Centcom?”

Xarici işlər naziri Çavuşoğlu ilə Tillersonun Kanadada apardığı danışıqlar arasında maraqlı bir dialoq yer alıb. Tillerson Türkiyənin əhəmiyyətindən danışdığı zaman Çavuşoğlu, “2 gün əvvəl Türkiyəyə səyahət xəbərdarlığını etdiniz. Bu necə olacaq?” sualına Tillerson “xəbərim yoxdur” deyə cavab verib. Bu zaman yanında olan Xarici İşlər Naziri “Bu doğrudur” deyib. Bundan sonra Tillerson bir müddət səssiz qalıb.

Buna bənzər hadisəni isə bir neçə gün əvvəl Tramp ilə görüşü zamanı Ərdoğanın danışıb. Ərdoğan Trampla ən son görüşü zamanı “Bizə bu silahların terror təşkilatına göndərilməyəcəyinə söz vermişdiniz” deməsinin ardından Tramp: “Bu barədə xəbərim yoxdur” dedikdən sonra yanındakı və təhlükəsizlik nazirinə dönərək: “Bu doğrudur?” sualına isə səssiz qalıblar.

Baş nazir Köməkçisi Bəkir Bozdağ çıxışı zamanı bildirib: “Biz ABŞ-a həqiqəti söyləyirik, amma ABŞ bizə həqiqəti söyləmir. Günəşin günəş olmadığına inandırmaq istəyir. Amma biz meydanda nələrin baş verdiyini bilirik. Ancaq onlar bizə dediklərinin tam əksini edir.”

Baş nazir Köməkçisi Bozdağ, “ABŞ Orta şərqdə Türkiyəsiz heç nə edə bilməz. ABŞ Orta Şərqdə HPG bazasında qalmayacaq. Amma Türkiyə ABŞ-sız da edər” dedikdən sonra bunları qeyd edib:

“ABŞ Qatarı embarqo qoymaq istədi və uğursuz oldu.
İranda üsyanı dəstəklədi, uğursuz oldu.
Qüdslə bağlı məslədə BMT-də məğlub oldu.
İraq və Suriyada müvəffəqiyyət qazanmadı. Fərat Qalxan əməliyyatını dayandıra bilmədi, Afrini dayandıra bilmədi.
Bu meydanlarda daim ABŞ məğlub oldu.

Afrin və Münbiç Türkiyə-Amerika əlaqələrinin testi olacaq.

Türkiyə girə bilməsin deyə ABŞ Münbiçə hərbi qüvvəsini yığır. Biz oraya girəcəyik. ABŞ Türk əsgərləri nə edəcək, mübarizə aparacaq? ”

Sual maraqlıdır, cavabını isə meydanda görəcəksiniz.”

A24.az
Tarix: 15-02-2018, 10:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}