Suriyada Rusiyanın daha 15 muzdlu döyüşçüsü həlak olub

Suriyada Rusiyanın daha 15 muzdlu döyüşçüsü həlak olub Suriyada silah-sursat anbarının partlaması nəticəsində Rusiyanın 15 muzdlu döyüşçüsü ölüb.

“The Guardian” qəzeti bildirir ki, hadisə Deyir-əz-Zor əyalətinin şimal-şərqində yerləşən Tabii Caziredə baş verib.

Qəzet yazıb ki, rusiyalı muzdlu döyüşçülər Bəşər Əsədə sadiq qoşunların ölkənin neft və təbii qaz yataqları istiqamətində hərkətinin müşaiyət edirmişlər. Qoşunlar həmin əraziyə çatdıqdan sonra silah anbarında partlayış olub.
Məlumata görə, partlayış nəticəsində 23 nəfər ölüb. Onlardan 8-i isə Bəşər Əsədin əl-Bakir briqadasının əsgərləridir.
Tarix: 15-02-2018, 16:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}