Tehrandan Ağ Evə CİDDİ İTTİHAM: “Helikopetrlərlə...”

Tehrandan Ağ Evə CİDDİ İTTİHAM: “Helikopetrlərlə...”
ABŞ və İran arasında gərginliyin getdikcə artdığı bir zamanda növbəti həmlə parlament sədri Əli Laricanidən gəlib.

Cebhe.info xəbər verir ki, Əli Laricani Ağ Evə yönəlik ittihamlar səsləndirərək “ABŞ İŞİD terrorçularını Əfqanıstana daşıyır" ifadəsini işlədib.

Rəsmi xəbər agentliyi olan İRNA-nın xəbərinə görə, Laricani ABŞ-ı terror təşkilatlarını dəstəkləməkdə günahlandırıb: "Əfqanıstandakı terrorizmin təməlləri 30 il əvvəl ABŞ kəşfiyyatının yardımı ilə Səudiyyə Ərəbistanı, Pakistan və Birləşmiş Ərəb Əmirliklərinin köməyilə qoyulub. ABŞ İŞİD terrorçularını helikopterlərlə Əfqanıstana daşıyıb".

Laricaninin fikrincə, bu təşkilatlar gələcəkdə ABŞ üçün problem yaradacaq.
Tarix: 15-02-2018, 21:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}