Tramp 40 dəqiqəyə rublu çökdürdü


ABŞ Prezidenti Donald Trampın Rusiyanın ABŞ-dakı seçkiyə müdaxiləsi haqqında tviti rublu dollar qarşısında ucuzlaşdırıb.

Axar.az xəbər verir ki, Moskva vaxtı ilə 19:10-da əgər 1 dollar 62,6 rubl idisə, Trampın tvitindən dərhal sonra yəni 19:50-də dolların dəyəri 63,5 rubla qədər yüksəlib. Avro isə bu 40 dəqiqə ərzində 73,2 rubldan 74,1 rubla qədər bahalaşıb.

Qeyd edək ki, Tramp dünən Rusiyanın ABŞ-dakı Konqres seçkisinə müdaxilə etməyə hazırlaşdığını bildirib. O, Rusiyaya qarşı onun qədər sərt davranan prezidentin olmadığını, buna görə də Moskvanın bütün gücü ilə demokratları müdafiə etməyəcə çalışacağını deyib.

Tarix: 25-07-2018, 12:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}