İranlı general Trampı təhdid etdi: “Sənə düşündüyündən daha yaxınıq …”

 İranın “Pasdaran” korpusundakı “Qüds” briqadasının komandiri, Şərqin əfsanəvi generallarından sayılan Qasım Süleymani Donald Trampı təhdid edib. Musavat.com xəbər verir ki, Q.Süleymani Trampın İrana qarşı çıxışına sərt cavab verib. Həmədanda bir anım mərasimində çıxış edən Q.Süleymani birbaşa Trampa səslənib.
Qasım Süleymani Trampa düşündüyündən daha da yaxın olduğunu vurğulayaraq hədələyib: “Tramp, sənə səslənirəm. Sənə düşündüyündən də yaxınıq. Bu savaşı siz başlada bilərsiniz, lakin biz bitirəcəyik. Bu savaş ABŞ-ın bütün imkanlarının yox olması deməkdir. Bunun üçün İranın Silahlı Qüvvələrinə ehtiyac yoxdur: “Qüds”ün gücü və mən yetərəm”.
ABŞ əsgərlərinin İraqlı mücahidlər tərəfindən hədəfə alınmaması üçün komandirlərinin ona müraciət etdiyini bildirən Q.Süleymani “Qorxudan tankların içində əsgərlərinizə uşaq bezi bağlayırdınız, indi bizi təhdid edirsiniz?” deyə çıxışına davam edib.
Bazar günü İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən çəkinməyə çağırıb.
H.Ruhani bildirib ki, İranla müharibə “bütün müharibələrin anasıdır”: “Cənab Tramp, şirin quyruğu ilə oynamayın, yoxsa buna peşman olacaqsınız. Təhdidlər İran xalqını daha da birləşdirir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik”.
Tarix: 27-07-2018, 08:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}