Paşinyan Putinlə barışır: Müəmmalı görüşün təfərrüatları ÜZƏ ÇIXDI


Ermənistanın baş naziri Nikol Paşinyan və sabiq prezident Levon Ter-Petrosyanın görüşünün bəzi təfərrüatları məlum olub. Xatırladaq ki, görüş Petrosyanın təşəbbüsü ilə baş tutub və günlər keçməsinə baxmayaraq, detalları açıqlanmırdı.

İndi isə "İrates" qəzeti yazır ki, Ermənistanın birinci prezidenti Nikol Paşinyandan Erməni Milli Konqresinə dəstək istəyib. Dəstək qarşıdan gələn parlament seçkisiylə bağlı olub. 

Əvəzində isə Petrosyan Paşinyana Moskva ilə münasibətləri yoluna qoymaqda kömək vəd edib. 

“Paşinyan da buna razılaşıb",- deyə qəzet yazıb.

Xəzər
Cebhe.info

Tarix: 27-07-2018, 13:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}