“Rus NATO”sundakı erməni general həbs oluna bilər: ittiham elan olundu


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı ittiham elan olunub.

Musavat.com bu barədə erməni mətbuatına istinadən xəbər verir. Ermənistanın xüsusi istintaq xidmətinin mətbuat mərkəzinin yaydığı məlumata görə, ittiham əldə olunmuş kifayət qədər sübutlar əsasında irəli sürülüb. Y.Xaçaturov da eks-prezident Robert Köçəryan kimi, 2008-ci ilin 1-2 mart hadisələrinə görə ittiham olunur.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi olan general-polkovnik Xaçaturov 2018-ci ilin 26 iyulunda “Rus NATO”sunun baş katibi təyin olunub.  2016-cı ildə Ermənistan mətbuatında Yuri Xaçaturova aid olduğu iddia edilən villanın şəkilləri paylaşılmışdı.

İddiaya görə, rəsmi illik gəliri 24 min ABŞ dolları olan baş qərargah rəisinin belə bir malikanəsinin olması onun dövlət vəsaitlərini qanunsuz olaraq mənimsəməsini sübut edir. Belə görünür, “Rus NATO”sunda təmsil olunması belə, generalı bu dəfə həbsdən qurtara bilməyəcək.


Tarix: 27-07-2018, 14:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}