Rusiya boyunca pensiya yaşının qaldırılmasına qarşı etirazlar

 Rusiyanın müxtəlif şəhərlərində minlərlə insan təqaüd yaşının qaldırılmasına qarşı keçirilən etirazlara qatılıb.Rusiya paytaxtı Moskvada nümayiş iştirakçıları “Biz pensiyaya yaşamaq istəyirik, işdə ölmək yox!” şüarını gəzdiriblər.
Planlara görə kişilər üçün təqaüd yaşı 60-dan 65, qadınlar üçün isə 55-dən 63-ə qaldırılmalıdır.
Buna səbəblərdən biri içşi qüvvəsinin sayının azalmasıdır.
Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə görə Rusiyada kişilərin gözlənilən orta ömür uzunluğu 66, qadınların isə 77 ildir.
Həmkarlar ittifaqları bir çox insanın pensiya yaşına çata bilməcəyini deyir.
Təqaüd yaşının 2019-cu ildən başlayaraq tədricən artırılması nəzərdə tutulub.
Qadınlar üçün yeni təqaüd yaşına keçid dövrü 2034-cü ilədək, kişilər üçün isə 2028-ci ilədək uzanacaq (BBC-Azərbaycanca).
Tarix: 29-07-2018, 09:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}