İSRAİL VƏ MİSİR TÜRKİYƏNİ MÜHARİBƏ İLƏ TƏHDİD ETDİ –ABŞ səfiri isə bu iki dövlətin bəyanatına dəstək verdi



gemi-1.jpg

Yunan Kiprində keçirilən beynəlxalq konfransda İsrail və Misirin səfirləri Türkiyəni hərbi hücumla hədələyiblər.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, xaricdə yaşayan yunanlarla bağlı keçirilən konfransda çıxış edən İsrailin Kiprdəki səfiri Ammi Ravelyunanların Aralıq dənizində mavi qaz axtarışının təbii haqları olduğunu bəyan edib.

Səfir bildirib ki, Türkiyənin buna qarşı çıxması və təhdidləri müharibəyə əsasdır: “Ümid edirəm ki, türk təhdidləri səbəbi ilə İsrail hərbi müdaxiləyə əl atmaq məcburiyyətində qalmayacaq”.

İsrailin səfirindən sonra tribunaya qalxan Misirin Kiprdəki səfiri Mai Taha Məhəmməd isə daha sərt çıxış edib. O, Ankaranı açıq şəkildə müharibə ilə hədələyib: “Gərəkirsə, Türkiyəyə qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcəyik. Buna hazırıq”.

Diqqətçəkən məqamlardan biri də odur ki, konfransda iştirak edən ABŞ-ın Kiprdəki səfiri Cazleen Doherti də İsraillə Misirin müharibə çağırışı edən səfirlərinə dəstək verib. O deyib ki, Türkiyənin yunanlara qarşı və Aralıq dənizindəki mövqeyi ABŞ üçün də qəbuledilməzdir.

Xatırladaq ki, hələ bir müddət əvvəl ABŞ və İsrail şirkətlərdən ibarət konsorsium Aralıq dənizindəki “Tamar” təbii qaz yatağının genişləndirilməsinə 265 milyon dollar investisiya yatıracaqlarını açıqlayıb.

İsrailin “Delek Drilling” və “Avner Oil Exploration” şikətləri ilə ABŞ-ın “Noble Energy” şirkətindən ibarət konsorsiumun bu qərarı isə Ankara tərəfindən çox sərt qarşılanıb. Ankara kəşfiyyat qazıntılarının aparılacağı ərazilərin mübahisəli olduğunu qabardaraq, Kiprin türklər qanadının və Türkiyənin maraqlarının nəzərə alınmayacağı təqdirdə, buna imkan verməyəcəyini bəyan edir. Ancaq ABŞ və İsrail şirkətləri  2009-cu ildə kəşf edilmiş və 2013-cü ildən istifadəyə verilən “Tamar”a yaxın ərazilərdə 238 milyard kubmetr təbii qaz ehtiyatı olduğunu bəyan edərək, geri çəkilmək niyyətində deyil. Əksinə, göründüyü kimi, müharibəyə belə hazır olduqlarını bəyan edirlər.

Belə bir gərgin məqamda isə Misir də İtaliyanın “Eni” neft-qaz şirkəti vasitəsi ilə Aralıq dənizində qaz axtarışını genişləndirərək, Ankaraya qarşı rəqib olan ölkələrlə eyni çərgədə mövqe tutub.

Tarix: 30-07-2018, 09:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}