Pakistan öz “Tramp”ını seçib - İmran Xanı "taliblərin xanı" adlandırırlar


Xəbər verildiyi kimi, Pakistanda parlament seçkiləri başa çatıb.

Azərbaycanı Türkiyədən sonra ən çox müdafiə edən ölkənin Pakistan olduğunu nəzərə alsaq, burada baş verən siyasi proseslər bizləri də maraqlandırmaya bilməz.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, seçkilərdə “Təhrike insaf” (“Ədalət uğrunda hərəkat”) partiyası və onun lideri İmran Xan qələbə qazanıb. İlkin məlumatlara görə, İmran Xanın partiyası parlamentdəki 272 yerdən 110-a sahib olacaq.

Lakin hazırda hakimiyyətdə olan, keçmiş baş nazir Nəvaz Şərifin “Pakistan Müsəlman Liqası” seçkilərin saxtalaşdırıldığını bəyan edib. Elə seçki gününün özü də qansız ötüşməyib, 23 vətəndaş öldürülüb.

Pakistanın yeni lideri isə ənənəvi siyasi elitanın içindən gələn bir şəxs deyil. İmran Xan ən çox, Pakistanda olduqca populyar sayılan kriket üzrə çempion olaraq bilinir. 1992-ci ildə Pakistan yığması onun oyunu sayəsində dünya çempionu olub. Bundan başqa, İmran Xan olduqca dəbdəbəli həyatı və qadınlarla yaşadığı eşq macəraları ilə tanınır.

İMRAN KHAN.jpg (60 KB)

Əvvəllər olduqca dünyəvi həyat tərzi keçirən İmran Xan sonradan siyasi düşüncələrini radikal dinçi baxışlara dəyişib. Xanın siyasi nitqlərində “Taliban” hərəkatının hüquqi sistemini tərifləməsi cəmiyyətin liberal kəsimlərinin ondan üz döndərməsinə səbəb olub.

Rəqibləri İmranı hətta “Taliblərin xanı” adlandırırlar.

Bundan başqa, İmran Xan hərbçilərlə işbirliyində ittiham olunur. Onu ölkə tarixində tez-tez hərbi çevrilişlər gerçəkləşdirən Pakistan generalitetinin siyasi maşası adlandıranlar da az deyil.

Ekspertlər yeni baş nazirin varlı keçmişə və geniş əlaqələrinə rəğmən hərbçilərdən asılı olacağını qeyd edirlər. “Xanı hakimiyyətə gətirən Pakistan hərbçiləri öz investisiyalarını geri qaytarmağa çalışacaqlar,” -“Gulf State Analytics” təşkilatının aparıcı eksperti Teodor Karasik qeyd edir.

ÐаÑÑинки по запÑоÑÑ imran khan pakistan militaries

Ekspert bu cür Pakistan baş nazirlərinin hakimiyyətdə çox qala bilmədiyini də xatırladıb. Elə deyəsən, yeni liderin özü də hansı oyuna girdiyini gözəl bilir.

İmran Xan 2011-ci ildə dərc etdirdiyi avtobioqrafik “Pakistan: Şəxsi tarix” adlı kitabında bunları yazıb: “Pakistan siyasətin cinayətkarların və qeyri-qanuni şəkildə varlanmaq istəyənlərin oyunu olduğu bir ölkədir. Hər kimsə, hətta mənim kimi populyarlığa malik olan bir adam belə bu status-kvonu dəyişdirmək istəsə dərhal həbs oluna bilər”.

Siyasi ekspertlər yeni hökumətin xarici siyasətdə böyük ağır vəzifələri həll etməli olduğunu bildirirlər.

ÐаÑÑинки по запÑоÑÑ imran khan pakistan

Bunlardan birincisi, heç şübhəsiz, Pakistanın əzəli düşməni Hindistanla olan münasibətlərdir. Qeyd edək ki, Hindistanda İmran Xanın iqtidara gəlməsi heç də xoş qarşılanmayıb. Hindistan dövlət naziri Rac Kumar Sinqh hətta seçkilərin hərbçilərin xeyrinə saxtalaşdırıldığını və iki ölkə arasında gərginliyin qalacağını söyləyib.

İmran Xan isə ölkədəki ağır iqtisadi durumu da nəzərə alaraq Hindistanla münasibətlərin düzəlməsində maraqlı olduğunu bəyan edib. “Bloomberg” agentliyinin Pakistanın “Insight Securities” analitik qrupuna istinadən verdiyi məlumata əsasən, ölkədə devalvasiya arxasınca devalvasiya baş verir, valyuta ehtiyatları sürətlə əriyir. Bu səbəbdən Pakistan ən azı 10-15 milyard dollarlıq kredit üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib.

ÐаÑÑинки по запÑоÑÑ imran khan economy

Ekspertlər buna görə, Pakistanın Əfqanıstan siyasətini yenidən gözdən keçirəcəyini, xüsusilə Taliban hərəkatı ilə bağlı möqveyini dəyişdirəcəyini istisna etmirlər.

Vaşinqton isə hələ ki “Cənubi Asiyada təhlükəsizlik, sabitlik və inkişafın təmin edilməsi naminə” yeni hökumətlə işləyəcəyi barədə bəyanat verməklə kifayətlənib.

Buna baxmayaraq, rəsmi İslamabadın ABŞ-la münasibətləri son illərdə olduqca ağırlaşıb. ABŞ hətta Pakistana ayrılan 1,3 milyard dollarlıq hərbi yardımı dondurub.

Maraqlıdır ki, İmran Xanı Pakistanın “Donald Tramp”ı adındırırlar. Belə ki, hər iki siyasətçi ömürlərində heç bir zaman dövlət postlarını tutmayıblar.

ÐаÑÑинки по запÑоÑÑ imran khan playboy

“İkisi də ölkələrində şou-biznes aləminə yaxşı bələddirlər. Onların öz rəqibləri ilə davranışları da eynidir. Hər ikisi də nəticələri düşünmədən siyasi bəyanatlarında olduqca kobudluq nümayiş etdirirlər”,- Con Hopkins universitetin aparıcı eksperti Şamil Çaudhari qeyd edir.


Tarix: 30-07-2018, 14:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}