Rusiyada pensiyaçılar ayağa qalxdı: Hökumət pul tapmır


Rusiyanın müxtəlif şəhərlərində minlərlə insan təqaüd yaşının qaldırılmasına qarşı keçirilən etirazlara qatılıb.  Paytaxt Moskvada nümayiş iştirakçıları "Biz pensiyaya yaşamaq istəyirik, işdə ölmək yox!" şüarını gəzdiriblər. Planlara görə, kişilər üçün təqaüd yaşı 60-dan 65, qadınlar üçün isə 55-dən 63-ə qaldırılmalıdır. Buna səbəblərdən biri içşi qüvvəsinin azalmasıdır.

Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə görə, Rusiyada kişilərin gözlənilən orta ömür uzunluğu 66, qadınların isə 77 ildir. 

Cebhe.info xəbər verir ki, həmkarlar ittifaqları bir çox insanın pensiya yaşına çata bilməcəyini deyir.

Təqaüd yaşının 2019-cu ildən başlayaraq tədricən artırılması nəzərdə tutulub. Qadınlar üçün yeni təqaüd yaşına keçid dövrü 2034-cü ilədək, kişilər üçün isə 2028-ci ilədək uzanacaq.
Rusiyada  Pensiya Fonduna hər ay üçün  ayırmalar 8 min rubla  yaxındır. Bu isə orta əmək stajı üçün  dörd milyon rubl civarında məbləğ deməkdir. Təqaüdə çıxan Rusiya vətəndaşı  orta hesabla hər ay 13 min rubl pensiya alır. Ekspertlərin hesablamalarına görə, Rusiya hökuməti  bu hesabla Pensiya Fonduna ayırmalardan  verilən  pensiyanı  vətəndaşa  84 yaşında ödəyir. Bundan sonra  dövlət vətəndaşı öz hesabına təmin etməli olacaq. Əgər yaş həddini artırarsa, pensiyaçı öz pulunu 93 yaşında almalı olacaq. 

Digər problem isə Rusiyada pensiya ödənişləri üçün maliyyə qıtlığının olması ilə bağlıdır. Dövlət büdcəsindən Pensiya Fonduna köçürmələr həm də ödənişlərə xərclənir. 

Ölkədə digər mühüm problem Rusiyada  pensionerləırin sayca  işləyən əhalidən çox olmasıdır. 

Tarix: 31-07-2018, 19:52
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}