Türkiyə-RF-Fransa-Almaniya sammitinin əsas mövzusu açıqlanıb


Suriya nizamlanması, Türkiyədəki 3,5 milyonadək suriyalı qaçqının vətəninə qayıtması məsələləri sentyabrın 7-də keçirilməsi planlaşdırılan Türkiyə-RF-Fransa-Almaniya sammitinin əsas mövzusu olacaq.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Astana formatında danışıqların 10-cu turunda Rusiya nümayəndə heyətinin rəhbəri Aleksandr Lavrentyev bildirib.

 

O bildirib ki, dördtərəfli sammit keçirilməsinin təşəbbüskarı Türkiyə prezidenti R.T.Ərdoğan olub.

Tarix: 1-08-2018, 07:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}