Xaricdə olan Serj Sərkisyan dilemma qarşısında qalıb:onu fərarilik gözləyir, yoxsa həbsxana? – Təhlil



Sərkis Artsruni

1-in am (Ermənistan), 01.08.2018

 

Serj Sərkisyan Robert Köçəryanın həbs edildiyi günlərdə xaricdədir. Bəziləri deyirlər ki, Serj Sərkisyan tibbi müayinədən keçir, başqaları qeyd edirlər ki, bu, üçüncü prezidentin növbəti yay istirahətidir. Amma başlıcası bu deyil, Serj Sərkisyanın Ermənistana dönüb-dönməyəcəyi, yaxud xaricdə qalacağıdır.

Bu məsələ xüsusən də Robert Köçəryanın həbsindən sonra aktuallaşıb: Ermənistanda keçmiş prezidentlərin istisnasız konstitusion immuniteti haqda stereotip sındırılıb və məsələn, Robert Köçəryan cəmi bircə gündə həbsxanaya düşüb.

Serj Sərkisyan Robert Köçəryan örnəyini nəzərə almaqla qayıtmaya da bilər. Amma bu halda istər-istəməz boynuna alır ki, ədalət məhkəməsiylə problemi var – faktiki olaraq ondan gizlənməyə üstünlük verir. Bu variant Serj Sərkisyanın siyasətdən həmişəlik uzaqlaşdığını nəzərdə tutur – özü də dedikcə biabrırçı epiloqla, fərari obrazında.

Amma burada məsələ Serj Sərkisyanın təkcə şəxsiyyətində deyil, Ermənistan Respublika Partiyasının (ERP) sonrakı taleyindədir. Partiya son üç ayda Serj Sərkisyanın adıyla səsləşməklə yeni gerçəkliyə uyğunlaşmağa macal tapmayıb. Və partiya lideri hazırda xaricdən qayıtmağı qət etməsə, bu, son korrupsiya ifşaları nəticəsində onsuz da yerlə yeksan olmuş partiyanın nüfuzuna qəfil zərbə olacaq. Serj Sərkisyanın “fərariliyi” ERP-in perspektivinə birdəfəlik son qoyur – xüsusən də  qarşıda İrəvan Ağsaqqallar Şurasınına və parlamentə növbədənkənar seçkilər olduğuna görə. Yeri gəlmişkən, Serj Sərkisyanın yoxluğu partiyasında hərc-mərclik durumu yaradıb ki, bu da ERP-nin hazırda kimin – Serj Sərkisyanınmı, yoxsa Robert Köçəryanınmı maraqlarını təmsil etdiyinin hətta ekspert dairələrində də aydın olmadığı son günlərdə onun tələm-tələsik davranışında özünü göstərir.

Bununla belə, ikinci prezident (mətndə bu cürdür-red.) Ermənistana qayıtmasa, onda Robert Köçəryan həm ERP-nin qırıntıları və kriminal oliqarxiyanı, həm də cəmiyyətin, belə deyək, inqilab üzündən komfortdan məhrum olmuş və antikorrupsiya kompaniyasının növbəti dalğası onların da maraqlarına toxunmağa başlayarkən gilıeylənməyə başlayan seqmentini mənimsəyərək əks-inqilabın özünəməxsus rəmzinə çevrilir.

Tərcümə Strateq.az-ındır.

Tarix: 1-08-2018, 19:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}