Ermənistanda “Qarabağ klanı” Paşinyana qarşı birləşir


Ermənistanın sabiq prezidentinin ardınca eks-müdafiə nazirinin də həbsinə hazırlıq görülməsi hökumət əleyhdarlarını hərəkətə gətirib, politoloq deyir ki...

Erməni istintaq orqanları “Qarabağ klanı”nın liderlərindən daha biri - sabiq müdafiə naziri Seyran Ohanyan barəsində ittihamlar irəli sürüb. Yayılan xəbərlərə görə, Ohanyan 1 mart 2008-ci ildə dinc nümayiş iştirakçılarının güllələnməsinin təşkilində ittiham edilir.

Xatırladaq ki, hazırda qoruma altında saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryan da eyni ittihamla həbs edilib. Digər xəbər isə bundan ibarətdir ki, Moskva Paşinyanı cəzalandırmağa hazırlaşır. Məlumata görə, avqustun ortalarında Ermənistanda yeni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişinin 100 günü tamam olacaq. Paşinyan öz tərəfdarlarını 17 avqustda İrəvandakı İnqilab meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb. Xalq kütlələri ilə canlı təmas qurmaq, danışmaq qərarını o bununla izah edib ki, əhali ilə mitinqlərdə görüşmək və Ermənistanın sonrakı taleyini onunla müzakirə etmək istəyir.

Arzu NaÄıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, erməni baş nazirin “Qarabağ klanı”nı hədəfə alması səbəbsiz deyil: “Paşinyan özünün hakimiyyətdə olmasının 100 günü ilə əlaqədar avqust ayının 17-də mitinq keçirmək niyyətindədir. Buna görə də həmin müddətə özünün hesabatını hazırlamalıdır. Əsas verdiyi sözlərdən biri Sərkisyanın və ümumiyyətlə, ”Qarabaş klanı"nın ifşa edilməsi idi. Yəni Sərkisyan və onun ətrafının korrupsioner olduğunu göstərmək və onları həbs etmək. İkinci məsələ özünün xaç atası olan Levon Ter-Petrosyanın 2018-ci ildə prezident seçilməsinə mane olan qüvvələrin, o cümlədən Köcəryan, Xaçaturov və Ohanyanın həbs edilməsinə nail olmaq idi. Demək olar ki, bu məsələ də həllini tapmaq üzrədir. Lakin Rusiya ilə razılaşdırılmayan Xaçaturov məsələsi onun hakimiyyətdə qalmasına müəyyən əngəllər törədə bilər və artıq Rusiyadan bununla bağlı mesajlar gəlməkdədir".

Politoloqa görə, bu proseslərin Dağlıq Qarabağ münaqişəsinin həllinə birbaşa xeyri olmasa belə, təsiri qaçılmazdır:“Artıq ermənilər də başa düşür ki, ”Qarabağ kartı" əsasən hakimiyyətdə qalmaq və siyasi məqsədlər üçün istifadə edilib və edilməkdədir. Bu proseslər Ermənistanda parlament seçkilərinə qədər davam edəcək. ATƏT-in Minsk Qrupu həmişə olduğu kimi, yenə loyallıq nümayiş etdirir. Bu, təəssüf doğurur. Lakin artıq Rusiya da Ermənistana təzyiqi artırmalıdır və onu danışıqlar masasına əyləşdirərək real məsələləri həll etməlidir. Azərbaycan tərəfi bütün diplomatik və digər təkliflərini masa üzərinə qoyub. Artıq cavab verməli tərəf Ermənistan rəhbərliyi və təbii ki, onun havadarlarıdır".

Baş verənlər həm də onu deməyə əsas verir ki, Ermənistan rəhbərliyi daxildə müəyyən manevrlərlə Qarabağ danışıqlarını uzatmağa çalışır. Paşinyan həm danışıqlara hazır deyil, həm də savaşın qarşısını almaqdan ötrü Rusiyaya minnətçi düşüb.

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş ərazilərin qaytarılması haqqında dediyi sözlər İrəvanda təşviş yaradıb. Publika.az xəbər verir ki, Azərbaycan lideri münaqişənin yeganə həll yolunun ərazi bütövlüyümüzün bərpa edilməsindən keçdiyini vurğulayıb. “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”-prezident deyib.

Stepan Safaryan ile ilgili görsel sonucu

Erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan əraziləri qaytarmamaq üçün hər şey etməlidir. “Azərbaycan öz gücündən istifadə edərək təzyiq göstərir. Həmçinin Minsk Qrupu Bakının hazırkı mövqeyindən çıxış edir. Paşinyan Qarabağın danışıqlarda tərəf kimi iştirakını təklif etdi, lakin Bakı bunu qəbul etmədi, Minsk Qrupu də bu məsələ ilə bağlı olmamış kimi davrandı. Bu, Ermənistanın mövqelərinin zəif olduğunu göstərir. Lakin biz ərazilərin qaytarılması ilə nəticələnən sülh prosesinə razılaşmamalıyıq”, - deyə erməni politoloq bildirib. Safaryan Ermənistanın diqqətini daxili proseslərdən ayıraraq, Qarabağda müharibəyə hazırlaşmalı olduğunu da bildirib.

Erməni hərbi ekspert Mqer Akobyan isə erməni hərbi birləşmələrini silaha sarılmağa çağırıb. “Əsas vəzifəmiz Qarabağda əlverişli mövqelərdə cəbhə qurmaq və geri çəkilməməkdir. Yəni ”barıtı quru saxlamalı" və lazım olarsa, hücuma keçməliyik", - deyə o bildirib. Lakin erməni ekspert hazırda Ermənistanın daxili problemlərinin olmasına diqqət çəkib. Qeyd edib ki, Ermənistanda siyasi kataklizmlər Azərbaycanın xeyrinədir və Azərbaycan prezidenti baş verənləri yaxşı anlayır.

Keçmiş erməni kəşfiyyatçısı, “Sağ qalmaq sənəti” təşkilatının rəhbəri Vova Vardanov isə sərsəm fikirlər söyləyib. “Naxçıvan türklərin zəif yeridir. Naxçıvan həmişə bizim üçün girov olub, elə də qalacaq. Birinci kim zərbə vuracaqsa, qalib odur. Əgər biz axmaqlıq etmək istəmiriksə və intihara hazırlaşmırıqsa, birinci hücum etməli və Naxçıvanı götürməliyik”- o iddia edib.

köçÉryan ile ilgili görsel sonucu

Göründüyü kimi, işğalçı ölkədə aqoniya vəziyyəti hökm sürür. N.Paşinyan parlament seçkiləri öncəsi rəqiblərini sıradan çıxarmaqda ikən ölkədə müxtəlif iddialar tirajlanır. Ancaq bu ərəfədə Paşinyana qarşı olan qüvvələrin 28 iyulda həbs olunan Robert Köçəryanın ətrafında birləşməyə cəhd göstərdiyi də müşahidə olunur. Ermənistan parlamentinin 45 deputatı Köçəryanın həbsdən azad olunması barədə müraciətə imza atıb. Həmçinin bir sıra qüvvələr eks-prezidentin müdafiəsinə başlayıb. Belə iddialar var ki, həbs olunacağını bildiyi halda Ermənistana qayıdan R.Köçəryan hakimiyyətə dönmək üçün revanşa hazırlaşır. Hətta onunla bağlı planın arxasında Rusiyanın dayandığı barədə ehtimallar da var. Rusiya KTMT-nin baş katibi Xaçaturovun azadlığına nail olduğu kimi, R.Köçəryanın da həbsdən qurtulmasına nail ola və eks-prezident Ermənistan hakimiyyəti uğrunda mübarizəyə başlaya bilər. Bu prosesdə Serj Sərkisyan, Seyran Ohanyan və digər cinayətkarların da ona hərtərəfli dəstək verəcəyi istisna deyil. Bununla onlar həm də özlərini xilas etməyə çalışacaqlar.

paÅinyan ile ilgili görsel sonucu

Siyasi şərhçi Viqen Akopyan da bu planın anonsunu verib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, erməni şərhçi yeni situasiyanın yarandığını bildirib. Deyib ki, mövcud durumda Respublikaçılar Partiyası və “Daşnaksütyun” R.Köçəryanın ətrafında birləşə bilər.

Politoloq Arzu Nağıyev isə qəzetimizə dedi ki, R.Köçəryanın yenidən hakimiyyətə qayıdışı inandırıcı görünmür: “Mən onun ətrafında ciddi qüvvələrin birləşəcəyini də zənn etmirəm. Çünki Paşinyanın qarşısında qoyulan əsas məsələ ”Qarabağ klanı"nı sıradan çıxartmaqdır. Digər tərəfdən, Qarabağ məsələsi olduqca vacib məsələdir. Köçəryan da Qarabağda ağır cinayətlər törətdiyinə və gələcəkdə bütün bunlara görə cavab verməli olduğuna görə düşünmürəm ki, hansısa hakimiyyət onunla bağlı müsbət qərar verə bilər".

E.PAŞASOY

Tarix: 7-08-2018, 08:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}