Qlobal şəbəkələrin “anti-Türkiyə layihəsi”: “Qardaş ölkəni "yıxmaq" mümkünsüzdür"






"Ərdoğan güclü Türkiyə istəyinə mütləq nail olacaq"

"Çünki xalqın birliyi qarşısında bütün dünya gücləri acizdir"

"Haqlı olan güclüdür. Güclü isə Türkiyədir. Deməli, qardaş ölkə hər zaman qalib olacaq!”



Türkiyə Yunanıstana nota verib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, buna səbəb Ədirnə vilayətində Yunanıstan tərəfindən mülki geyimli şəxslərin açdıqları atəş nəticəsində Türkiyə vətəndaşının qətlə yetirilməsidir. Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili bununla əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub.
Dünən axşam saatlarında Ədirnə vilayətinin Meriç rayonunun Adasarhanlı kənd sakinləri Mehmet Durğun (43) və Süleyman Şener Meriç çayının sahillərinə gediblər. Yunanıstan tərəfindən açıldığı iddia edilən atəş nəticəsində Mehmet Durğun üzündən güllə yarası alıb və hadisə yerində həlak olub. Süleyman Şener hadisədən dərhal sonra kənd mərkəzinə gələrək bu barədə məlumat verib.



 Politoloq Natiq Miri baş verən prosesləri “Sherg.az” şərh etdi:
“Yunanıstanda şovinist-radikal qüvvələr həmişə olub. Belə inanlar hətta dövlət institutlarında da təmsil olunurlar. Odur ki, təxribatlar təəccüblü deyil. Qlobal güclər Yunanıstandan Türkiyəyə qarşı istifadə edirlər. Hətta ölkədəki yanğınlar da PKK-nın bacara biləcəyi iş deyil. Proseslərin arxasında çox ciddi geosiyasi maraqlar və maliyyə var. Görünür, qlobal şəbəkələr “anti- Türkiyə layihəsini” işə salıblar. Əlbəttə, Yunanıstanla sərhəddə baş verənlər də təsadüfi deyil. Fikrimcə, provokasiyalar yaxın zamanda səngiməyəcək. Hətta daxildə etirazların başlayacağı da gözlənilir. Kimlərsə ölkədə hüzursuzluq yaratmaq istəyəcəklər. Bütün bunlar eyni ssenarinin tərkib hissəsidir”.

 N. Miri düşünür ki, Türkiyəni "yıxmaq" mümkün olmayacaq:

“Qardaş ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət siyasəti ilə yanaşı, həm də haqq işini bilən adamdır. O, bütün dünya liderlərinin “kürəyini yerə vurur”. Çünki həmişə həqiqəti deyir. Hətta sərt xarakteri ilə seçilən Rusiya prezidenti Vladimir Putin də Ərdoğandan öyrənəsi çox şeyin olduğunu anlayır. Təsadüfi deyil ki, o, bəzi hallarda Ərdoğanın “yerişini yeriməyə” çalışır. Ərdoğan yaxşı bilir ki, onun hədəfləri əngəllərlə qarşılaşacaq. Ona görə də həmişə xalqını hücumlara hazırlayır. Son proseslərdə Azərbaycanın Türkiyənin yanında olması həm də türk dünyasının birləşməsi istiqamətində atılan mühüm addımdır. Bu, digər dövlətlərə ibrət oldu. Fikrimcə, türk dövlətlərinin birliyinin davamı gələcək. Ərdoğan zamanında səpdiyi toxumların indi bəhrəsini görür. O, güclü Türkiyə istəyinə mütləq nail olacaq. Çünki xalqın birliyi qarşısında bütün dünya gücləri acizdir. Haqlı olan güclüdür. Güclü isə Türkiyədir. Deməli, qardaş ölkə hər zaman qalib olacaq!”.
Tarix: 2-08-2021, 15:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}