“Cinayətkarlar həbsxanaya, əcnəbilər təyyarələrə...” - Le Pen platformasını açıqladı

“Cinayətkarlar həbsxanaya, əcnəbilər təyyarələrə...” - Le Pen platformasını açıqladı
 
Marin Le Pen Fransada 2022-ci ildə keçiriləcək prezidenti seçkiləri ilə bağlı rəsmi kampaniyaya başlayıb. Moderator.az bu barədə Fransanın “Le Monde” nəşrinə istinadla xəbər verir. Qəzet yazır ki, siyasətçinin əsas mesajı fransızların azadlıqlarının qorunması və immiqrasiya sahəsində nizam-intizamın bərpası vədindən ibarətdir.
 
“Məğlub olmağa haqqımız çatmayan döyüşlər var. (...) 2022-ci il prezident seçkiləri tam olaraq belədir və uduzmağa haqqımız olmadığı üçün onu qazanacağıq”, - deyə Le Pen dünən tərəfdarlarıyla görüşdə bəyan edib.
 
O, Frejüs şəhərindəki Roma amfiteatrında bir araya gələn 900-ə yaxın tərəfdarına “mənimlə birlikdə azadlıqlarınıza dəyər verəcək bir dövlətiniz olacaq” vədini verib: “2022-ci ildə keçiriləcək seçkilər cəmiyyətin seçimindən daha böyük məna daşıyacaq. Bu, sivilizasiya seçimi, uşaqlarımız üçün həyat və gələcək seçimi, ölkəmiz üçün təhlükəsizlik və güc seçimi, azadlıq və müstəqillik seçimi olacaq”.
 
Le Penin fikrincə, azadlıqların müdafiəsi ölkədə “sanitariya keçidlərinin” tətbiqi - “qeyri-mütənasib azadlıq pozuntusu” ilə bağlı müzakirələrin çərçivəsinə uyğundur. Eyni zamanda Le Pen bildirib ki, koronavirusa görə peyvəndlənmənin əleyhinə deyil, yalnız bu məsələdə azad seçimin tərəfdarıdır.
 
Qəzetin yazdığına görə, prezidentliyə namizəd olaraq siyasətçi iş saatlarından kənar vaxtlarda tələbələr və gənc işçilər üçün qatarlarda pulsuz gedişi təklif edib və referendumdan sonra Fransa hüququnu beynəlxalq hüquqdan üstün tutaraq bunu Konstitusiyada möhkəmləndirəcəyini vəd edərək Avropa İttifaqı “diktaturasını” tənqid edib: ”Konstitusiya prinsipinə zidd olan beynəlxalq qərarlar sadəcə olaraq yerinə yetirilməyəcək”.
 
Ölkənin tamamilə nəzarətdən çıxdığını iddia edən sağçı lider partiyasının müzakirə etdiyi əsas mövzulara da toxunub: immiqrasiya, təhlükəsizliyin yoxluğu və islamçılığın yayılmasına qarşı mübarizə.
 
Kütlənin alqışları altında Le Pen ölkənin problemli ərazilərindəki quldur dəstələrini ortadan qaldıracağını, qanunu pozanları zərər vermə fürsətindən məhrum edəcəyini və “fransız cinayətkarları həbsxanaya, əcnəbiləri isə təyyarəyə mindirəcəyinə söz veribBundan əlavə, siyasətçi küçə cinayətlərini törədənlərin cinayətkarlar və cinsi təcavüzkarlar siyahısına daxil edilməsinin lehinə danışaraq, bu gün fransanın bəzi bölgələrində gənc qızlara edilən təzyiqdən təəssüfləndiyini bildirib. Bunlar daxili taliblərdir, onları evlərinə göndərəcəyik”,deyə siyasətçi bəyan edib.
Tarix: 13-09-2021, 14:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}