"Ekstremizm problemində İslam dinini suçlamaq qəbuledilməzdir, çünki..." - Toni Bleyer



"...Müsəlmanların özləri hamıdan çox terror hücumlarının qurbanı olurlar..."
 
“Hakimiyyət müsəlmanları təqib etməli deyil, əksinə, onların dinlərini "oğurlayan" və təhrif edən şəxslərə qarşı mübarizədə onlara kömək etməlidir”.
 
Moderator.az xəbər verir ki, bu fikri CNN” telekanalında politoloq Fərid Zəkəriyyənin 11 sentyabr terror hücumlarının 20-ci ildönümünə həsr olunmuş televiziya şousu zamanı Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer ifadə edib.
 
Bleyer hücumların baş verdiyi 2001-ci ildə Böyük Britaniyanın Baş naziri olub.
 
Siyasətçi "Son 20 ildə birmənalı şəkildə öyrəndiyim dərs budur ki, yalnız dinini ekstremistlərdən uzaqlaşdırmaq istəyən güclü İslam səsi olanlarla bir ittifaqda beynəlxalq terrorizmi gerçəkdən məğlub edə bilərik" - deyə bildirib.
 
"Ən radikal formada şiddətli cihadizm insanları öldürməyə, onunla razılaşmayan müsəlmanları və digər sistemlərdə yaşayanları qətl etməyə haqq qazandırır"- deyən Toni Bleyer vurğulayıb ki, ekstremizm problemində İslam dinini günahlandırmaq qəbuledilməzdir, çünki müsəlmanların özləri hamıdan çox terror hücumlarının qurbanı olurlar.

Tarix: 14-09-2021, 14:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}