Paşinyan 7 milyon dollara "Peqas" gizli telefon dinləmə sistemi aldı...

Paşinyan  7 milyon dollara
“Nikol Paşinyan daxili düşmənlərlə mübarizədə o qədər irəliləyib ki, 7 milyon dollara “Peqas” adlı gizli telefon dinləmə sistemi alıb. 
 Moderator.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. 
 
“Digər ölkələrdə bu sistem xüsusi xidmət orqanları  tərəfindən ölkənin təhlükəsizliyini təhdid edənləri dinləmək üçün istifadə olunur. Mexanizm sadədir: göstərilən telefona adi bir reklam sms-linki göndərilir və telefon sahibi tərəfindən keçid açılan kimi sistem telefonda "oturur". Yeri gəlmişkən, bir adamın dinləmə üçün "tutulması" nın dəyəri 10 min dollardan çoxdur. 
 
Hökumət yeni sistemi əsasən müxalifət üçün tətbiq edir. Lakin “namizəd”lər Paşinyanın birbaşa göstərişi ilə seçilir. 
 
"Müstəqil medialardan birinin redaktorunun da bu şəbəkəyə daxil edildiyini öyrəndik"”- erməni nəşri belə yazır.
Tarix: 22-09-2021, 18:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}