Polşa Rusiya və Ukrayna sərhədlərinə 250 müasir tank toplayıb




Polşa hökuməti ABŞ istehsalı olan 250 ədəd “Abrams” tankını ölkənin şərq sərhədlərinə yerləşdirib.
Musavat.com xəbər verir ki, bu barədə “gazeta.ru” saytı məlumat yayıb.
Respublikanın müdafiə naziri Mariuş Blaşşak ölkəsinin bundan sonra dünyanın ən müasir zirehli müdafiəyə sahib olacağını söyləyib.
Qeyd etmək lazımdır ki, Polşa ordusunun 18 diviziyası 4 yeni tank taboru ilə möhkəmləndiriləcək. Yeni silahlanma rəsmi Varşvaya təqribən 6 milyard dollara başa gələcək. Həmin proqram tanklardan başqa nəqliyyat paketini, təhsil, infrastrukturun inkişafını və ən yeni silahlarla təchizatı də özündə birləşdirir.
Polşanın ABŞ-dan 250 tank almaq niyyəti bu ilin iyul ayında bəlli olmuşdu. Həmin vaxt baş nazirin birinci müavini, hökumətdə milli təhlükəsizlik məsələlərini kurasiya edən Yaroslav Kaçinski söhbətin “M1A2 Abrams SEPv3” tanklarından getdiyini bildirmişdi.
!M1A2 SEP v3! versiyası “Abrams” tanklarının ən sonuncu modifikasiyası hesab olunur. Bu maşınların seriya istehsalına 2017-ci ildən başlanılıb. Onu sələflərindən fərqləndirən xüsusiyyətləri daha etibarlı zirehə, yenilənmiş elektronik idarəetməyə və əlavə güc qurğularına malik olmasıdır.
Tarix: 23-09-2021, 18:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}