ABŞ Rusiya ilə ehtimal olunan bir müharibəyə hazırlaşır: GİZLİ FAKTALAR AÇIQLANDI

ABŞ Rusiya ilə müharibəyə hazırlaşır: GİZLİ FAKTALAR AÇIQLANDI
ABŞ Hərbi Hava Qüvvələrinin hərbçiləri Rusiya və Çinlə ehtimal olunan bir müharibəyə qarşı təlim keçirlər.
 
Bu barədə Amerikada yayımlanan "Business Insider" dərgisi məlumat yayıb.
 
Nəşr olunan məqalədə qeyd olunur ki, ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən pilotlara Rusiya və Çinlə müharibə olacağı təqdirdə qurudan enmə təlimi keçirilir. Xəbərin müəllifi ABŞ-ın bərabər gücə malik bir rəqiblə mümkün bir qarşıdurmada kabus ssenarisi ilə qarşılaşacağını irəli sürüb.
 
Qarşı tərəfin atdığı atəşin əsgərlərin və ya silahların böyük bir hissəsini zərərsizləşdirə biləcəyini qeyd edən müəllif bu səbəbdən ABŞ Hərbi Hava Qüvvələrinin nüməyəndələrini hava bazalarından kənar nöqtələri dağıtmaq üçün təlimlər keçirdiyini yazıb.
 
Avqust ayında Miçiqan ştatında keçirilən "Northern Strike 21" təlimi zamanı hərbi təyyarənin quru yoluna düşdüyünü xatırladan yazıda, bu manevrlərin məqsədinin pilotları çətin ərazilərdə ani əməliyyatlara hazırlamaq olduğu vurğulanıb.
 
Buildirilib ki, əgər bu ssenarilər öyrənilərsə, düşmən ölkə təhlükəsi qarşısında qoşunların sağ qala biləcəyini proqnozlaşdırılır.(Publika.az)

Tarix: 23-09-2021, 22:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}