Türkiyədə İranın casus şəbəkəsi çökdürüldü: SEPAH agentləri həbs olundu


Türkiyədə İranın casus şəbəkəsi çökdürüldü: SEPAH agentləri həbs olundu

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) İran agentlərinə qarşı uğurlu əməliyyat həyata keçirib.
Cebhe.info xəbər verir ki, Türkiyənin Van şəhərində keçmiş iranlı zabiti qaçırmaq istəyənlər saxlanılıb. Onlardan 2-si İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) agenti olub. Ümumilikdə 8 nəfər Türkiyə Kəşfiyyat İdarəsi (MİT) tərəfindən cinayət başında yaxalanıb.
Belə ki, Van şəhərində yaşayan keçmiş İran hərbçisi M.A.-nı (ad şərtidir-red.) İrana qaçırmaq üçün göndərilən 2-si İran agenti olan 8 nəfər Türkiyə Milli Kəşfiyyat İdarəsi tərəfindən həbs olunub.
Türkiyə Milli Kəşfiyyat İdarəsi müəyyən edib ki, İran agentlərinin M.A -nı İrana qaçırmaq üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmaq istəyiblər.
MİT-in təqib etdiyi şəbəkə üzvlərinin İran kəşfiyyatı agentlərinin təlimatı ilə keçmiş əsgər M.A-nın həyat yoldaşına onlara yardım etməsi üçün 10 min dollar təklif etdikləri, təklifi qəbul etməməsi halında İranda yaşayan ailəsinə zərər veriləcəyi ilə təhdid etdikləri müəyyən olunub.
Sentyabrın 24 -ü 2021-ci ildə Türkiyə vaxtı ilə saat 21.00 radələrində M.A. -nı qaçırmaq üçün evinə girmək istəyən İran vətəndaşı S.S. və Türkiyə vətəndaşı M.E.A. saxlanılıb. Davam edən əməliyyatda 6 nəfərdən ibarət digər şəbəkə üzvləri də yaxalanıb.
Tarix: 13-10-2021, 22:19
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}