Təbrizin son 200-300 ildəki memarlığından heç nə qalmayıb

Şərqi Azərbaycan valiliyinin inşaat işləri üzrə müavini Təbrizin tarixi abidələrinin dağıdılması haqda danışıb.
Farsnews xəbər agentliyinin yaydığı məlumata əsasən, Şərqi Azərbaycan valiliyinin inşaat işləri üzrə müavini Cavad Rəhməti Təbriz şəhərinin inşaatçıları və layihəçilərinin iclasında şəhərin kimliyi məsələsində Təbriz şəhərinə “çox zülm olduğunu” deyib.
Rəhməti şəhərin memarlıq kimliyi ilə bağlı lazımi anlayışın olmadığını ifadə edərək, Təbrizdə Qacar dövrünün memarlıq kimliyinin müasir memarlığın təsiri altında dəyişdiyini deyib.
Cavad Rəhməti
Cavad Rəhməti
O, yeni tikilən binalarda keçmişdəki memarlıq üsullarından istifadə edilməli olduğunu qeyd edib. Rəhməti son 200-300 ildə Təbrizin memarlığından heç nə qalmadığını irəli sürüb.
O, həmçinin Təbrizdə tarixi binaların yaxınlığındakı tikililərin həmin tarixi binanın memarlığı ilə uyğun olmalı olduğunu bildirərək deyib: “Təəssüf ki, Təbrizdə Valilik Sarayı, Göy Məscid və digər tarixi binaların ətrafındakı tikililərin heç birində tarixi binaların memarlığından əsər-əlamət yoxdur.”
Şərqi Azərbaycan valiliyinin rəsmisi Təbrizin tarixi memarlıq şəhər quruluşundan heç bir şey saxlanılmadığını bildirərək deyib: “Şəhər kimliyinin mühafizəsi ilə əlaqədar olaraq Təbrizə çox zülm olub. Əksər şəhərlərdə tarixi şəhər quruluşunun heç olmasa bir hissəsi saxlanılaraq, gələcək nəsillərə buraxılır.”
İran Azərbaycanının ən böyük şəhəri olan Təbriz tarixdə bir çox hökumətin paytaxtı və Yaxın Şərqin ən önəmli mədəniyyət mərkəzlərindən biri olub.
Amerikanın səsi
Tarix: 23-10-2021, 22:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}