Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır


Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşırKiyev, Ukrayna, Foto: Pixabay.com

ABŞ prezidenti Co Baydenin Rusiyadan olan həmkarı Vladimir Putinlə böyük maraqla gözlənilən söhbəti baş tutub. Amma onların danışığının uğurla nəticələndiyini demək olmur. Rusiyanın ortaya qoyduğu şərtlər qəbul edilməyib.

Bizimyol.info xəbər verir ki, Ukrayna müharibəyə daha ciddi hazırlaşmağa başlayıb. Çünki ABŞ-Rusiya danışıqlarının yaxşı nəticələnməməsi döyüşlərin bərpası anlamına gəlir.
Putinin əsas şərti o idi ki, NATO Avropanın şərqinə doğru genişlənmə siyasətindən əl çəksin. Rusiya prezidenti konkret razılaşma imzalanmasını istəyirdi. Putin müsahibələrində açıq mətnlə deyirdi ki, Moskvaya bu qədər yaxınlaşmanı heç cür qəbul edə bilməz. Bayden isə hələ görüşdən əvvəl belə şərtin yaxına buraxılmayacağına eyham vururdu.
ABŞ prezidentinin videokonfransdan əvvəl Avropanın böyük dövlətləri ilə məsləhətləşməsi çox əhəmiyyətli idi. Böyük Britaniya, Almaniya, Fransa və İtaliya ilə müzakirə indi görünən nəticəyə səbəb oldu. Qərb geri çəkilmədi. Rusiya istədiyinə nail olmadı.
İndi əsas sual odur ki, Rusiya Ukraynaya hücum edəcək, ya yox? Kremlin 2022-ci ilin əvvəllərində bütün sərhəd boyu irəli şığıyacağı ehtimal olunur. Qərb mənbələri məhz yanvarda müharibənin başlaya biləcəyini bildirir. Ukrayna həmin tarixə hazır görünür. Krımın itirilməsindən, Donbass hadisələrindən sonra Kiyev ordu quruculuğuna xüsusi diqqət ayırıb. Ukrayna qoşunlarının Qərbin dəstəyi ilə gücləndiyini demək olar. İndi ölkədə həm də bir vətənpərvərlik rüzgarı əsir. Ukrayna bu dəfə Rusiyaya uduzmaq istəmir.
Vaşinqton indidən Moskvanı hədələyir. Rusiya Ukraynaya hücum edərsə, “Şimal axını-2” layihəsi dayandırıla bilər. SWIFT sisteminin şimal ölkəsində işləməsinə imkan verilməyəcək. Sanksiyalar bir-birini əvəz edəcək. Baydenin ritorikası çox sərt addımlar atılacağından xəbər verir.
Ukraynadan yayılan fotolar ölkə üçün taleyüklü günlərin yaşandığını göstərir. Qızlar hərbi forma geyinmək üçün hərbi komissarlıqların qarşısında səraya düzülür. Ölüm-dirim savaşına böyük hazırlıq gedir. Onlar Moskvaya öz güclərini göstərməyə həvəslə hazırlaşırlar. Açıq qarşıdurma qısa müddətdə başa çatmayacaq, çünki Ukrayna daha əvvəlki deyil, NATO və Türkiyədən dəstək alan Kiyev Rusiya ilə toqquşmalara uzun müddət tab gətirəcək. Amma bunu Rusiya haqqında demək olmaz - aktiv əməliyyatlar uzansa və Rusiya öz ərazisində zərbələr alsa, ardınca şimal ölkəsində parçalanma meylləri güclənəcək. Bir çox federativ respublikalar Rusiyadan ayrılmaq üçün cəhdləri yeniləyəcəklər.
Tarix: 8-12-2021, 16:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}