Rusiya Türkiyəyə əlavə S-400 partiyası göndərmək niyyətindədir


Rusiya Türkiyəyə S-400 zenit-raket komplekslərinin əlavə partiyasını tədarük etmək niyyətindədir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Yunanıstanın Antenna (ANT1) telekanalına ingilis dilində müsahibəsində bildirib.
Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemlərinin daha bir partiyasını tədarük edib-etməyəcəyi sualına Peskov belə cavab verib: "Türkiyəli tərəfdaşlarımızla müəyyən anlaşmamız var və buna ümid edirik. Ümid edirik, bəli".

Kanalın müxbiri Peskovdan soruşub ki, ABŞ sanksiyalarına baxmayaraq, Rusiyanın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemi verməkdə xüsusi marağı nədir? 

"Biz hamımız bilirik ki, ABŞ bu sanksiya oyununu oynamağı sevir, baxmayaraq ki, biz başa düşürük ki, onlar heç vaxt öz məqsədlərinə çatmırlar. Onlar heç vaxt heç bir ölkəni fikirlərini dəyişməyə nail ola bilməyiblər. Bizim siyasətimiz ondan ibarətdir ki, biz əməkdaşlığa açığıq - müxtəlif ölkələr ilə, xüsusən də tərəfdaşlarımızla. Rusiya və Türkiyə arasında bu cür əməkdaşlıq heç bir ölkə üçün, xüsusən də Yunanıstan üçün təhlükə olmamalıdır, çünki bu sistem hücum sistemi deyil, müdafiə xarakteri daşıyır, 100% müdafiə xarakteri daşıyır”, - Peskov bildirib.




Tarix: 9-12-2021, 08:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}