Rusiya rəsmisi Qazaxıstan nazirini ‘rusofob zibil’ adlandırıb

Rusiyanın Rossotrudniçestva federal agentliyinin başçısı Yevgeni Primakov özünün Telegram-kanalında bildirib ki, onun idarəsi Qazaxıstanın yeni informasiya və ictimai inkişaf naziri Askar Umarovla işləməyəcək, çünki onun “Qazaxıstandakı ruslara nasist və şovinist münasibəti var”.
Primakov yazıb:
“Qardaş Qazaxıstanın suverenliyinə və respublikada sülhü bərqərar etmək səylərinə hörmət bildirərək, özümü köhnə, avtomatik işləyən və yoxlanmış qaydanı yada salmağa borclu bilirəm ki, Rossotrudniçestvo rusofob zibillərlə əlaqə saxlamır, onlarla işləmir və əməkdaşlıq etmir. Bu, bizim adı çəkilən nazir və onun rəhbərlik etdiyi nazirliklə indiki konfiqurasiyada istənilən qarşılıqlı fəaliyyətimizi istisna edir”.
CurrentTime yazır ki, Primakov Umarova aid etdiyi bir neçə sitat gətirib.
RBK agentliyi yazır ki, bu rəy toplusunun orjinal variantı 2012-ci ildə “Ruslar Qazaxıstanda” portalında yerləşdirilib.
Primakov iddia edir ki, Askar Umarov Facebook-da şərhlərini TurkMedia niki ilə dərc edir.
CurrentTime yazır ki, bu məqamı dəqiqləşdirmək mümkün olmayıb.
Umarov cavab verib
Askar Umarov 2012-ci ildə “Türk akademiyası” ictimai birliyinin vitse-prezidenti olub.
O bundan sonra iki il Astana Ekspo-2017 şirkətinin direktoru olub.
Umarov, nazir vəzifəsinə gələnədək, 2017-2020-ci illərdə Kazinform xəbər agentliyinin baş direktoru vəzifəsində çalışıb.
Umarov özünün Facebook səhifəsində Primakovun qeydlərinə və ya özünün dediyi kimi “obrazının əcinnələşdirilməsinə” reaksiya verib:
“Bundan əvvəl tutduğum bütün vəzifələrdə rusiyalı və başqa partnyorlarla məhsuldar ilş aparmağa çalışmışam. Bir daha tolerantlıq və xalqlar dostluğu prinsipinə, Qazaxıstan xalqının birliyinə və qonşularla qardaş münasibətlərinə sədaqətimi bildirirəm”.
Rossotrudniçestvo Rusiyanın MDB, xaricdə yaşayan həmvətənlərlə iş üzrə federal agentliyidir.
Birbaşa Rusiya prezidentinə tabedir.
Azadlıq radiosu
Tarix: 13-01-2022, 22:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}