Ukrayna bu tarixdə Rusiyaya qarşı hücuma keçəcək – ŞOK GƏLİŞMƏ



“Qərb mətbuatında Rusiya lideri Putinin şəxsən Ukraynaya qarşı müharibəyə komandanlıq etməsi barədə yayılan məlumatlar bizim üçün çox yaxşı əlamətdir”.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” hərbçilər tərəfindən yox, siyasətçilər tərəfindən idarə olunur:
“Yeri gəlmişkən, bu, bizim üçün çox yaxşıdır. Çünki bu prosesə nə qədər ki siyasətçilər rəhbərlik edir, bunun uğursuzluqla nəticələnməsi bir o qədər tez baş verəcək. Ona görə də, qoy buna Putin əmr versin. Hətta tarixi nümunəni də misal çəkə bilərik. 1945-ci ilin mart-aprel aylarında Hitler də eyni şeyi etmişdi. Hər həftə Şərq və Qərb cəbhələrində müharibənin gedişatında köklü dəyişikliyə nail olmaq üçün feldmarşallarını dəyişirdi”.
Ekspert həmçinin Rusiyanın Ukraynanın şimalında, o cümlədən Kiyevdə yeni hücumunun perspektivlərini dəyərləndirib. O, Rusiyadan sərhədyanı əraziləri atəşə tutsa da, belə bir təhlükənin olmadığını iddia edib.
Jdanov Rusiyanın əsas diqqətini Donbasa ayırdığını bildirib:
“Hesab edirəm ki, Rusiyada əlavə səfərbər ediləcək və ehtiyat kimi formalaşdırılacaq bütün qüvvələr Donbasa göndəriləcək”.
Ukrayna Silahlı Qüvvələrin əks-hücumuna gəlincə, o, deyib ki, hər şey Qərbdan tədarük edilən silahların həcmindən və bu prosesin sürətindən asılı olacaq:
“Qərbdəki tərəfdaşlarımız bizə nə qədər tez texnika və silah göndərsələr, bir o qədər tez hücum mövqeyində dayanacağıq. Düşünürəm ki, bu, iyunun sonu – iyulun əvvəllərində baş verə bilər”.
Bundan əvvəl İngiltərənin “The Guardian” qəzeti Ukraynadakı “xüsusi əməliyyat”a şəxsən Putinin rəhbərlik etdiyini iddia edib. Həmin iddiaya görə, rus ordusunun əməliyyatları ilə bağlı operativ və taktiki qərarları o verir.
Tarix: 19-05-2022, 15:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}