KEÇMİŞ SİLAHDAŞI ƏRDOĞANA QARŞI… - Əli Babacan prezident olmaq iddiasında


Türkiyənin keçmiş iqtisadiyyat naziri, hazırda Demokratiya və Atılım Partiyasının (DEVA) başqanı Əli Babacan müxalifət vahid namizədlə bağlı qərar vermədiyi təqdirdə, 2023-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.
Bu barədə o, “Habertürk” telekanalına müsahibəsində bildirib.
Babacanın sözlərinə görə, onun təmsil olunduğu müxalif “altılıq bloku” Türkiyəni prezident üsul-idarəsi əvəzinə, parlament idarəetmə formasına qaytarmağa çalışır.

Keçmiş nazir deyir ki, “altılıq bloku”nun əsas vəzifələrindən biri seçkilərin təhlükəsizliyini təmin etməkdir. “Seçki təhlükəsizliyi çox vacibdir. 2019-cu ildəki [bələdiyyə] seçkilərinin timsalında biz onların necə manipulyasiya edildiyini gördük. Biz bütün bunları İstanbulun timsalında yaşadıq”, - deyə Babacan dilə gətirib.
Babacan müxalifətin digər mühüm vəzifəsinin isə Türkiyənin iqtisadi problemlərinin həlli olduğunu deyib.

Xatırladaq ki, Əli Babacan 2002-2015-ci illərdə Türkiyənin Xarici İşlər Nazirliyinə və İqtisadiyyat Nazirliyinə rəhbərlik edib. O, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) həmtəsisçilərindən biri və onun lideri, prezident Rəcəb Tayyib Ərdoğanın yaxın adamlarından olub.

Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Türkiyənin rəhbərlik etdiyi AKP və Milliyyətçi Hərəkat Partiyasının (MHP) daxil olduğu hakim Xalq Alyansı bir müddət əvvəl onların vahid namizədinin Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan olacağını açıqlamışdı. Müxalifət hələlik öz namizədinin adını açıqlamayıb və lazım bildiyi zaman bunu edəcəyini bildirib.
Hurriyyet.az
Tarix: 21-05-2022, 13:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}