"İsgəndər" raketləri Belarus-Ukrayna sərhədində


Bu gün Belarus-Ukrayna sərhədində “İsgəndər” raketləri sistemi müşahidə edilib.
Teleqraf.com xəbər verir ki, Belarus mətbuatına görə, Rusiyaya məxsus hərbi texnikalar Brest vilayətində qalır və onlar Belarus Müdafiə Nazirliyinin hərbi karvanlarına qoşulub.
 
“Rusiya Silahlı Qüvvələrinin qoşunlarının əksəriyyətinin aprelin əvvəlində Kiyev istiqamətindən geri çəkilməsinə baxmayaraq, Rusiya ordusu və texnikası hələ də Belarusda qalır. Bundan əlavə, Belarusdan Ukrayna ərazisindən raket buraxılışları vaxtaşırı qeydə alınmağa davam edir”, - deyə məlumatda bildirilir.
 
Xatırladaq ki, ötən gün Ukrayna Milli Qvardiyası Rusiyanın Belqorod vilayətində “İsgəndər” raket sistemlərinin qurğularını yerləşdirdiyini açıqlamışdı.
Tarix: 22-05-2022, 22:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}