Rusiya-Ukrayna müharibəsi: Mümkün üç ssenari - General AÇIQLADI


Rusiyanın Ukraynaya qarşı müharibəsində üç əsas ssenari var.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant İqor Romanenko deyib.
Onun sözlərinə görə, birinci ssenari bütün Donbasın düşmən tərəfindən işğalıdır.
Romanenko vurğulayıb ki, Rusiya ordusu bütün səylərini bölgəni ələ keçirməyə yönəldib:
“Luqansk vilayətini, sonra Donetski tamamilə ələ keçirmək istəyir. Düşmən bahalı güc tətbiq edir, heç nə ilə dayanmır. Rusiya təxminən 17 milyonu, biz isə 2 milyona yaxın insanı səfərbər edə bilərik. Fərq var. Bəli, belə bir təhlükə var. Amma hər şey bizə nə qədər tez və kütləvi şəkildə ağır silahlarla yardım ediləcəyindən asılıdır. Və o vaxta qədər Ukrayna ordusu mövcud qüvvələrlə özünü müdafiə etməlidir. Düşmən hələ də Severodonetski tuta bilmir, Lisiçansk da var. Halbuki İzyumdan asimmetrik zərbə endirir”.
Romanenko deyib ki, bəzi şərtlərlə Rusiya, bəziləri ilə Ukrayna razılaşmayacaq:
“Məhz bu halda ikinci variant həyata keçirilə bilər”.
Üçüncü varianta görə, Rusiya hərbi məqsədlərinə yenidən baxa və “qələbə” elan edə bilər:
“Bizə kifayət qədər tez və çox kömək edəndə hərbi potensialımız Rusiyanı üstələyər və biz düşməni vurmağa başlayacağıq. Bu halda onlar razılaşacaqlar”.
Tarix: 23-06-2022, 14:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}