"Kreml Belarusda "çeçen ssenarisi"ni təkrarlamağa cəhd edir..."


"Belarusun Mozır şəhərində iri neft emalı zavoduna raket zərbələri endirilə bilər..."
"Rusiya Baş Kəşfiyyat İdarəsinin və Özəl Vaqner Şirkətinin diversiya qrupu gizli surətdə Mozıra gəlib"

 
"Kreml Belarusu müharibəyə cəlb etmək üçün bu ölkədə terror aktları planlaşdırır"
 
Kreml öz "müttəfiqi" Belarusda bu ölkəni Ukrayna ilə müharibəyə cəlb etmək üçün bir sıra terror aktları planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
 
Rusiyanın Baş Kəşfiyyat İdarəsi Belarusun cənubunda yerləşən Mozır şəhərində iri neft emalı zavoduna artilleriya və raket zərbələri endirməyi planlaşdırır.
Bundan başqa, yaşayış massivləri və mülki infrastruktura da zərbələr endirmək planlaşdırılır.
 
"Atəşlər zamanı əlavə olaraq yaşayış evləri, xəstəxana və məktəblər də ziyan çəkəcəkdir", - Ukrayna kəşfiyyatı iddia edir.
 
Bunun üçün Mozıra müki əhali adı altında Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) və Özəl Vaqner Şirkətinin (ÖVŞ) peşəkar kadrlarından ibarət diversiya qrupları gəlib.
Beləliklə, Kreml "çeçen ssenarisi"ni təkrarlamağa cəhd edir.
 
"O zaman Rusiyanın xüsusi xidmət orqanları Ryazan şəhərində bir neçə evdə partlayışlar təşkil edərək, mifik "çeçen yaraqlıları"nı ittiham edib.
 
Kreml kuratorlarının fikrinə görə, bunlar Belarus rəhbərinə müharibə törətmək üçün formal bəhanə yaradacaq", - məlumatda belə deyilir.
 
Ukrayna kəşfiyyatçıları həmçinin qeyd edir ki, Belarus ordusunun zabitləri hazırlanan terror aktları barədə məlumatlıdır və öz ailələrini Mozırdan çıxarmağa başlayıb.
Belarus mənbələri ailələlərin təxliyəsi barədə  məlumatı təsdiq etməyib.
 
Rusiya hərbçilərinin və texnikasının Belarusda hərəkətini izləyən "Belaruski Qayun" monitorinq qrupu yazıb ki, təxliyə barədə hər hansı məlumat yoxdur.
 
Onun həmçinin şəhərə BKİ-nin peşəkar hərbi kadrları və ÖVŞ-nin muzdlularının şəhərə gəlişi barədə də məlumatı yoxdur.
Tarix: 25-06-2022, 09:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}